416 Nin Yolu Ile Film 2012 - Wikipedia
416-nın yolu ilə[1] filmi rejissor Miri Rzayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında[1] istehsal edilmişdir. Film azərbaycanlı əsgərlərin təşkil etdiyi 416-cı Taqanroq diviziyasının yaradılmasının 70 illiyi münasibətilə çəkilmişdir. 416-cı Taqanroq diviziyası İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmanlıq salnaməsi yazan 8 milli diviziyamızdan biridir. Məhz bu diviziyanın qəhrəmanları 3 min kilometrdən çox məsafəni qət edərək Qafqazdan Berlinə qədər irəliləmişlər. Filmin çəkilişləri Rusiya və Ukraynada aparılmışdır.
416-nın yolu ilə | |
---|---|
416-nın yolu ilə | |
Janr |
sənədli qısametrajlı müharibə |
Rejissor | Miri Rzayev |
Ssenari müəllifi | Amal Alışarlı |
Operator | Cavid Əliyev |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 9 may 2012 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 37 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Məzmun
redaktəFilm azərbaycanlı əsgərlərin təşkil etdiyi 416-cı Taqanroq diviziyasının yaradılmasının 70 illiyi münasibətilə çəkilmişdir. 416-cı Taqanroq diviziyası İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmanlıq salnaməsi yazan 8 milli diviziyamızdan biridir. Məhz bu diviziyanın qəhrəmanları 3 min kilometrdən çox məsafəni qət edərək Qafqazdan Berlinə qədər irəliləmişlər.
416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi.
1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi.[2]
Filmin üzərində işləyənlər
redaktəSsenarist: Amal Alışarlı
Rejissor : Miri Rzayev
Operator: Cavid Əliyev
İstinadlar
redaktə- ↑ 1 2 Hərb Tarixi Muzeyində veteranlarla görüş olmuşdur
- ↑ "416-cı milli atıcı diviziya". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-09.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı