8 Ci Kilometr - Wikipedia
8-ci kilometr — Bakının Nizami rayonunda şəhər tipli qəsəbə.
8-ci kilometr | |
---|---|
40°24′37″ şm. e. 49°56′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Nizami rayonu |
Mədəniyyəti
redaktəQəsəbədə tikintisinə 2010-cu ilin mayında başlanmış, ümumi ərazisi 22 min 500 kvadratmetr olan, beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təchiz edilmiş, 11 min tamaşaçı yeri olan stadion 14 sentyabr 2012-ci ildə istifadəyə verilmişdir.[1]
Tarixi
redaktəTarixi məkanları
redaktəDakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir.
İstinadlar
redaktə- ↑ "İlham Əliyev Bakıda "8 KM" stadionunun açılışında iştirak etmişdir". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |