Agil Deryasi - Wikipedia
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma
"Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir:
I Mövsüm 2009-2010
II Mövsüm 2010-2011
III Mövsüm 2011-2012
IV Mövsüm 2012-2013
V Mövsüm 2013-2014
VI Mövsüm 2014-2015
"Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur.
Qaydalar
redaktəHər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir.
Oyunun qaydaları
redaktə1-ci tur
redaktəİştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
2-ci tur
redaktəBu turda aparıcı ayrılıqda hər bir iştirakçıya 60 saniyə ərzində açıq suallar ( variantsız ) oxuyur və iştirakçıdan bu suallara cavab vermək tələb olunur. Bu turda da suallar 1-ci turda qeyd olunan fənnlər üzrə verilir. Daha çox düzgün cavabı olan 3 iştirakçı 3-cü tura keçir. Hər hansı sualın cavabını iştirakçı bilməzsə " pas " deyərək digər suala keçə bilər. Bu turda da əgər 3-cü tura keçən iştirakçılar tam bəlli olmazsa, (2 və ya daha çox iştirakçı arasında xal bərabərliyi olarsa) test üsullu əlavə sual turu keçirilir. Suala düzgün cavab verən iştirakçı 3-cü tura keçir.
3-cü tur
redaktəBu turda iştirakçılara 4 kateqoriya üzrə 3 sual verilir. Suallar, əsasən, dünyagörüşü
ilə bağlı olur, yəni konkret bir fənn üzrə verilmir. Hər kateqoriyada 1 sual müvafiq olaraq 1 iştirakçıya səslənir. Öz sualına düzgün cavab verən iştirakçı 2 xal qazanır, digər iştirakçının sualına düzgün cavab verən iştirakçı 3 xal qazanır. Hesabında xal olan iştirakçı digər iştirakçının sualına səhv cavab verərsə, həmin oyunçunun hesabından 1 xal silinir. Bu turda da iştirakçı bilmədiyi suala pas deyə bilər və bu halda heç bir xal çıxılmır. Bu turda xalı daha çox olan oyunun qalibi olur.
- Qeyd: Adi oyunlarda və yarımfinal oyunlarında 3-cü tur nəticələrinə əvvəlki 2 turun nəticəsi təsir etmir. Lakin final oyununda hər üç turun nəticəsi və riyaziyyat imtahanının nəticəsi toplanılır və ümumi nəticə formalaşdırılır.
Verilişin[1]
"Ağıl dəryası" verilişi ANS TV-nin rəsmi[2]
"Ağıl dəryası" verilişinin arxiv videoları
"Ağıl dəryası" verilişinin layihə rəhbəri Elçin Bayramovun toyu da məhz adıçəkilən verilişlə bağlıdır. Bu da toy ilə bağlıçox maraqlı bir tarixi[3]
İstinadlar
redaktə- ↑ "rəsmi Facebook səhifəsi". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-21.
- ↑ "saytında". 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-21.
- ↑ "video". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-21.