Agir Minerallar - Wikipedia
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər.
Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.