Agir Tank - Wikipedia
Ağır tank — ümumiyyətlə yüngül sinifli tanklardan daha qalın bir zirehə və daha böyük bir çapa malik olan silahı olan, lakin onlardan daha az hərəkətli və çevik olmayan və eyni zamanda da daha yüksək istehsal və istifadə xərcləri olan bir tank sinifidir.
Ağır tank | |
---|---|
Tipi | Tank |
İstismar tarixçəsi | |
İstismar illəri | 1940 - 1990-cı illər |
İstismara başlanması | 1917 |
Vikianbarda əlaqəli mediafayllar |
Sinifin mənşəyi Birinci Dünya Müharibəsi və ilk tanklara əsaslanır; piyada ilə yaxından işləmək və həm artilleriya, həm də ilk tank əleyhinə silahlara qarşı durmaq üçün hazırlanan ilk tanklar neytral zonada yaşamaq üçün kifayət qədər zirehə sahib idi. Yüngül tanklar təqdim edildiyi zaman daha böyük dizayna malik olan tanklar ağır tanklar kimi tanınmağa başlanmışdır. Oxşar bir "hücum" rolu İkinci Dünya Müharibəsində də istifadə edilmişdir.
Tankların başqa tanklar ilə mübarizə aparması adi hala gəldikdən sonra, ağır tanklar çox güclü tank əleyhinə silahlarla, əsas etibarilə toplarla təchiz olunmağa başlanılmışdırlar. İkinci Dünya müharibəsinin sonunda həm ağır istehkamlara, həm də digər tanklara qarşı ağır tanklar istifadə edilmişdir. Hücumlara rəhbərlik etmək üçün istifadə edildiklərində "hücum tankları" kimi də tanınırdılar. Onlar ümumiyyətlə xüsusi ağır tank bölmələrində təşkil olunurdular.
Əsas döyüş tankı sinifinin ortaya çıxmasından sonra bir neçə yeni model istisna olmaqla ağır tank istehsalı başa çatdırılmışdır. 1960-cı illərdə artıq ağır tankların dövrü başa çatmışdı.
Əlavə ədəbiyyat siyahısı
redaktə- Chamberlain, Peter; Ellis, Chris, British and American Tanks of World War II, Arco Publishing, 1981 [1969]
- Постановление № 71сс/о Совет Труда и Обороны о системе танкового вооружения РККА, 13 августа 1933 года.