Ag Qara Payiz Film 1996 - Wikipedia
Ağ-qara payız qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vəli Səyyadi[1] tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında[1] istehsal edilmişdir. Filmin müqəddiməsində qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib.
Ağ-qara payız | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Vəli Səyyadi |
Ssenari müəllifi | Vəli Səyyadi |
Operator | Elxan Nəbiyev |
İstehsalçı | Azərbaycan Televiziyası (Azərbaycantelefilm) |
Filmin növü | qısametrajlı sənədli-bədii televiziya filmi |
Müddət | 21 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1996 |
Rəng | rəngli |
Məzmun
redaktəFilm yaxın planda profildən gənc kişinin nəqli ilə başlayır, o, tez-tez əlləri ilə üz-gözünü ovuşdurur: “Mən deyə bilmərəm. İndi nəyisə xatırlamaq çox çətindir. Çox illər keçib o vaxtdan. Ümumiyyətlə, çətindir, insan üçün keçmiş haqda danışmaq. Elə bil yuxudur, sən heç vaxt onu olduğu kimi xatırlaya bilmirsən. Yadımdadır, biz nə vaxtsa gölün qırağında yaşayırdıq, qamışların səsi, külək, nənəmin zümzümə etdiyi mahnılar....” [1]
Müqəddimədə qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib.[1]
Tamaşaçı qəhrəmanın uşaqlıq illərinə səyahət edir. Onun xatirələri vizuallaşır. Göldə qayıqla gəzişən uşaq və onun sudakı əksi, çırpı yığması, köynək toxuyan qarı...[1]
İşıq-kölgə ifadə-təsvir vasitəsi üzərində çəkilən film ustalıqla detal planlardan hörülür. İbtidai interyerdə alışan ocaq, alçaq tavan, sac, his basmış çıraq, divardan asılan köhnə şəkillər, süjet xəttinin mərkəzində dayanan almalar — itirilmiş idilliyanın nostalgiyasını yaşadır. Çox güman ki, alma insan günahlarına allyuziyadır.[1]
Horror janrının elementləri intonasiyasında çəkilən-qaranlığın, yağışın səsi fonunda atanın, ananın, qızcığazın görünüb itən portretləri həyəcanlı ovqat verir.[1]
Son səhnədə uşaq alma yeyir, kimsəsiz evdə cəhrə fırlanır.[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəll: Vəli Səyyadi
Rejissor: Vəli Səyyadi
Operator: Elxan Nəbiyev[1]
İstinadlar
redaktəHəmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1996-cı ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı