Ag Ed - Wikipedia
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778).
Ed mak Exdax | |
---|---|
ortagel: Áed mac Echdach | |
768 – 778 | |
Əvvəlki | ikihakimiyyətlilik |
Sonrakı | I Fergüs |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | 778 |
Fəaliyyəti | monarx |
Atası | III Eoxayd[d] |
Həyat yoldaşı | Piktaviyalı Urqus |
Uşağı |
Həyatı
redaktəAğ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir.
"Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur.
Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1. Reprinted with corrections. Stamford: Paul Watkins. 1990. ISBN 1-871615-03-8
- Bannerman, Con. Studies in the History of Dalriada. Edinburq: Scottish Academic Press. 1974. ISBN 0-7011-2040-1
- Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999. ISBN 0-85115-375-5