Ag Xaclar - Wikipedia
Ağ Xaçlar (alm. Weiße Kreuze) — soyuq müharibə dövründə Berlin divarında həlak olmuş şəxslərin xatirəsinə həsr edilmiş abidədir. Abidə Berlində Şpree çayı sahilində, Almaniya parlamentinin yerləşdiyi Bundestaq binası yaxınlığındadır. Buranın əsası 1971-ci ildə Berlin divarının tikilməsinin 10-cu ildönümü zamanı Berliner Bürger-Verein adlı özəl qrup tərəfindən qoyulmuşdur. İlk dəfə Bundestaqın şərq hissəsində, Berlin divarının yanında salınmışdır. Lakin 1990-cı ildə Almaniyanın yenidən bir1əşməsi zamanı burada yeni hökumət binalarının tikintisi səbəbindən yeri dəyişdirilmiş[1] və Bundestaqın cənubundakı Tirqarten parkının yanına köçürülmüşdür.
1953-cü il Şərqi Almaniya üsyanının 50-ci ildönümündə çayın sahilində ikinci bir xaç qrupu qurulmuşdur ki, bu da orijinal yerin bir qədər şimal-qərbindədir.[2] Açılış nitqini o zamankı Bundestaq sədri Volfqanq Tiers etmişdir.
Qurbanların adları
redaktə13 qurbanın adı hər iki tərəfdə 7 ədəd xaçın üzərinə həkk edilmişdir. 1 xaç isə kimliyi məlum olmayan qurbana həsr edilmişdir.[1] Düzülüşün seçimi atəş nəticəsində öldürülmüş birinci qurbandan sonuncuyadək ardıcıllıqla edilmişdir. Qurbanların çoxu 1961 və 1965-ci illər aralığında öldürülmüşdür.
- quruda
- Günter Litfin, 24 Avqust, 1961
- Udo Düllik, 5 Oktyabr, 1961
- Hans Rawel, 1 Yanvar, 1963
- Klaus Şröter, 4 Noyabr, 1963
- Haynz Sokolovski, 25 Noyabr, 1965
- Marienetta Jirkovski, 22 Noyabr, 1980
- "den unbekannten Opfern an der Mauer" (Divarın naməlum qurbanları xatirəsinə)
- çay sahilində
- Verner Probst, 14 Oktyabr, 1961
- İnqo Krüqer, 10 Dekabr, 1961
- Filip Held, 11 Aprel, 1962
- Aksel Hanneman, 5 İyun, 1962
- Lutz Haberlandt, 27 İyun, 1962
- Volf-Olaf Muszinski, Mart 1963
- Kris Qeffroy, 5 Fevral, 1989
İstinadlar
redaktə- ↑ 1 2 berlin.de: "Weisse Kreuze" memorial / German Bundestag Arxivləşdirilib 2009-02-17 at the Wayback Machine
- ↑ Web archive of the German Bundestag: Ansprache von Bundestagspräsident Wolfgang Thierse zur Fertigstellung des westlichen Spreeplatzes und zur Wiederaufstellung der Mauerkreuze am 17. Juni Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine Speech of the President of the Bundestag Wolfgang Thierse on June, 17th 2003