Agababa Abdullayev - Wikipedia
Ağababa İman oğlu Abdullayev — Azərbaycan dövlət xadimi, Azərbaycanın yerli sənaye naziri (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1988–1989).
Ağababa Abdullayev | |
---|---|
5 fevral 1991 – 4 dekabr 1991 | |
Əvvəlki | vəzifənin adı dəyişdilib |
Sonrakı | nazirlik ləğv edilib |
16 iyun 1989 – 5 fevral 1991 | |
Əvvəlki | Həbib Fətəliyev |
Sonrakı | vəzifənin adı dəyişdilib |
1988 – 1989 | |
Sonrakı | Ələsgər Sadıqov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Partiya |
Həyatı
redaktəAğababa İman oğlu Abdullayev 1946-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə "Arpaçaysutikinti" trestinin 1 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi başlamışdır. Sonra Sənaye Tikintisi Nazirliyinin 5 nömrəli trestində, dəmir-beton trestində müxtəlif mühəndis-texnik vəzifələrində işləmiş, Naxçıvan tikinti materialları kominatının direktoru, Azərbaycan SSR Tikinti Nazirliyi 5 nömrəli trestinin müdiri olmuşdur.[1]
Ağababa Abdullayev 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1989-cu ildən isə Azərbaycan SSR yerli sənaye naziri işləmişdir.[1]
Ağababa Abdullayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosu üzvlüyünə namizəd olmuşdur.[1]