Agacanli - Wikipedia
Ağacanlı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Ələtli kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağacanlı | |
---|---|
39°59′00″ şm. e. 48°50′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2418 |
Tarixi
redaktəAzərbaycan SSR-in inzibati ərazi bölgüsünə əsasən kənd Qarasu rayonuna aid edilirdi. Bu rayon ləğv edildikdən sonra Azərbaycan SSR-in Əli–Bayramlı rayonu tərkibinə daxil olmuş, 1939-cu ildə isə Qazıməmməd rayonu tərkibinə verilmişdir. 4 dekabr 1959-cu ildə Qazi–Məhəmməd rayonu ləğv edilmiş, kənd Əli–Bayramlı rayonunun tərkibinə verilmişdir. 1961-ci ilin İnzibati bölgüsünə əsasən, Ağacanlı kəndi Azərbaycan SSR Ali-Bayramlı rayonunun Kalinovski kənd sovetinə daxil idi. 1963-cü ildə əli Bayramlı rayonu ləğv edilmiş, Kalinovski kənd şurası isə Sabirabad rayonunun tərkibinə verilmişdir.[2] 24 aprel 1990-cı ildə kənd yeni formalaşan Hacıqabul rayonunun tərkibinə verilmişdir. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və Meyniman inzibati ərazi dairəsi daxilində Hacıqabul Rayon Ağacanlı bələdiyyəsi yaradılmışdır. 2009-cu ildə Ağacanlı bələdiyyəsi ləğv edilmiş, kənd isə Ələtli bələdiyyəsi tərkibinə daxil olmuşdur.
Toponimikası
redaktə- Ağacanlı oyk., düz.
- Sabirabad r-nunun Qaragüney i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Oykonim XIX əsrin ortalarında Şirvandan köçmüş muğanlı tayfasının xiləmirzələr tirəsinə aid ağacanlı nəslinin adını daşıyır.
- Şirvan düzündədir.[3]
Coğrafiyası
redaktəAğacanlı Kür çayının sahilində yerləşir.
Kənd Ələtlidən 6 km, Hacıqabul rayon mərkəzindən 17 km və Bakıdan 125 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Şirvan stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 21 metr aşağıda yerləşir. Kənddə yarımsəhra iqlimi var.[mənbə göstərin]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 245 nəfər əhali yaşayır.[4]
İnfrastrukturu
redaktəSovet dövründə kəndin yaxınlığında süd-əmtəə ferması yerləşirdi. Kənddə tam orta məktəb, tibb məntəqəsi, feldşer-mama məntəqəsi, kitabxana yerləşir. Əhali əsasən pambıqçılıq və heyvandarlıq ilə məşğul olur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-22.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629