Agakisi Kazimov - Wikipedia
Ağakişi Şəmməd oğlu Kazımov (28 noyabr 1935, Ağcabədi – 8 oktyabr 2021, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti (2000), professor.
Ağakişi Kazımov | |
---|---|
Ağakişi Şəmməd oğlu Kazımov | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Zaqafqaziya SFSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | "Qurd qapısı" qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Rejissor, aktyor |
Mükafatları |
Həyatı
redaktəAğakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub.[1]
1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir.
1960-cı ildə A. Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir.
Fəaliyyəti
redaktə1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q. Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M. Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C. Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır.
1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. A. Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N. Vəzirov), "Toy" (S. Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S. Dağlı), "Arşın mal alan" (Ü. Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ. Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ. Coşqun), "Məlik Məmməd" (Ə. Abbasov), "Hacı Qənbər" (N. Vəzirov), "Kiçik təpə" (N. Xəzri), "Büllur sarayda" (İ. Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A. Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləmişdir.
"Darıxma, ana!" (N. Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ. Əfəndiyev), "Mirzə Şəfi" (N. Xəzri), "Sehrli alma" (Y. Lada), "Çahargah fantaziyası" (K. Kərimov), "Od gəlini" (C. Cabbarlı), "Vaqif" (S. Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B. Vahabzadə).
Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi. Əməkdar artist Mehriban Abdullayeva ilə evli idi.
Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[2]
Filmoqrafiya
redaktəƏdəbiyyat
redaktə- Əliyeva, İ. Onun üçün hər tamaşa bir tarixdir: Ağakişi Kazımov — 80 //Azərbaycan.- 2015.- 3 iyul.- S.7.
- Hacızadə, N. İstedad və zəhmətin ucalığında: [Xalq artisti, rejissor Ağakişi Kazımovun 80 illiyi münasibətilə] //Respublika.- 2015.- 3 iyul.- S.9.
- Rafiq, H. Möhkəm özül, yüksək nəticə: Görkəmli rejissor, respublikanın Xalq artisti Ağakişi Kazımovun 80 illik yubileyinə //Kredo.- 2015.- 3 iyul.- S.6.
İstinadlar
redaktə- ↑ "Romantik xarakterli sənətkarlar". 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.
- ↑ "Xalq artisti Ağakişi Kazımov vəfat edib". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.