Agasefer Mustafayev - Wikipedia
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.
Ağasəfər Mustafayev | |
---|---|
Ağasəfər Hüseynqulu oğlu Mustafayev | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Rusiya imperiyası |
Həyatı
redaktəİkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.