Agcabedi Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi — Ağcabədi rayonunda yerləşən muzey. Əsası 1980-ci ildə qoyulmuş muzeydə, hazırda 5000-ə yaxn eksponat saxlanılır.
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Açılış tarixi | 1980 |
Kolleksiyası | 4782 |
Direktor | Əliyev Sadiq Zabil oğlu |
Telefon | (+994 21) 275-46-95 |
İş rejimi | 1-7- ci günlər, saat 9:00-17:00 |
Muzey haqqında
redaktəİki mərtəbədən ibarət olan muzey binasının ümumi sahəsi 1830m2 olub 6 ekspozisiya otağından ibarətdir. Hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirərərk, ən qədim eksponatları arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI–V minilliklərə (Neolit dövrünə) aid sümükdən iynə və bizlər, daş qab məişət əşyalarıdır. Muzey "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Görkəmli şəxsiyyətlər", "Sovet dövrü" və "Müasir dövr" bölmələrindən ibarətdir.[1]
Muzeyin tarixi
redaktə1980-ci ildən fəaliyətə başlayan muzey binanın sahəsi 700m2. Muzey 6 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur. Eksponatlar bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır. Bölmənin heyvan və quşlara aid hissəsi rayonun ərazisində olan "Ağ göl dövlət qoruğundan gətirilib. Qədim dövr bölməsində əsasən arxeloji tapıntılar nümayiş etdirilir.[2] Muzeyin ən nadir eksponatı küp qəbirdir. Muzeyimizdə məişətdə işlədilən əşyalar, geyim və bəzək formaları, tariximizi əks etdrən metal, mis saxsı qablar qorunub saxlanılır. Muzeydə Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ uğrunda döyüşlərdə iştirak edən Milli qəhrəmanlarımızın və şəhidlərimizin şəxsi əşyaları qorunub saxlanılmaqdadır. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 6 mart 2007-ci il tarixli 2013 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının təkilifləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı" nın icrası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. "Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi". http://agdjabedy.mctgov.az/. 2021-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18.11.2020.
İstinadlar
redaktə- ↑ "Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi". https://museum.az/. 18.11.2020.[ölü keçid]
- ↑ "Yaşayan tariximizin təkrarsız ünvanı..." http://www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2020.
Xarici keçidlər
redaktə- Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyi yenidənqurmadan sonra. https://azertag.az https://azertag.az/xeber/Agcabedide_Tarix_Diyarsunasliq_Muzeyi_yenidenqurmadan_sonra_istifadeye_verilib__VIDEO-1115827 (#bare_url_missing_title). İstifadə tarixi: 18.11.2020.
- "Virtual sərgi". http://muzey-servetleri-ebm.az. İstifadə tarixi: 18.11.2020.