Agcaqayin - Wikipedia
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Ağcaqayın | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Ağcaqayın |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Arealı
redaktəAvropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır.
Botaniki xarakteristikası
redaktəQarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir. Amerikada bəzi növlərin-dən ağcaqayın şəkəri istehsal olunur.
Azərbaycanda hündürlüyü 30 m-ə, diametri 1 m-ə çatan sivriyarpaq və ya çinarabənzər ağcaqayın (lapan) (lat. Acer platanoides), keçəl ağcaqayın (lat. Acer laetum), çöl ağcaqayını (lat. Acer campestre), məxməri ağcaqayın (lat. Acer velutinum), ağ ağcaqayın (lat. Acer pseudoplatanus), trautfetter ağcaqayını (lat. Acer heldreichii subsp. trautvetteri), Hirkan ağcaqayını (lat. Acer hyrcanum) vənyappaq ağcaqaın (Acer negundo) bitir.
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 474. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1054.