Agvanlar Hamami - Wikipedia
Ağvanlar hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə.[2] Hamam Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir[3] və təyinatı üzrə istifadə edilmir. Ağvanlar hamamının adı məhəllənin adı ilə bağlıdır. Hamamı kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur.[2]
Ağvanlar hamamı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Ağvanlar küçəsi, 1 |
Aidiyyatı | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | bərpa olunub |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | (ii)(v) |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4995[1] |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]
2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[5] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[6] Şəki şəhərinin tarixi mərkəzində yerləşən Ağvanlar hamamı da Ümumdünya İrsinə daxildir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). mct.gov.az. 28 oktyabr 2015. 23 oktyabr 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 mart 2020.
- ↑ 1 2 "Ağvanlar hamamı". sheki.heritage.org.az. 12 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ing. ). whc.unesco.org. 2019. 8 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.