Agyarpaq Qovaq - Wikipedia
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Ağcaqovaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağcaqovaq (bitki) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəQafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib.
Botaniki təsviri
redaktəƏlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir. Uzunluğu 4–9 sm, eni 2,5–6 (9) sm olur, ucdan sivrilmiş və ya kütdür. Kənarları qeyri-bərabər oyuqvari dişlidir. Uzanmış zoğlarda əmələ gələn yarpaqlar daha böyükdür, uzunluğu 5–14 sm, eni 7–12 sm olur və dərin 3–5 barmaqvari dilimlidir, kənarları oyuqvari dişlidir. Qaidədən düzxətli və ya azacıq ürəkvaridir, üstdən tünd yaşıl, altdan ağ və ya bozumtul tükcüklüdür. Saplağı yastılanmış, qısadır. Dişicik sırğları 10–15 sm uzunluğunda, üstü kələkötür və çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir, aprel-may ayında toxumu yetişir. Təbii olaraq toxum və kök pöhrələri ilə çoxalır. Qələmlə də çoxaldılır.
Yarpaq saplağının uzunluğu (1,5) 3–6 sm-dir. Qısalmış budaqların yarpaqları yumurtaşəkillidir, enli və ya üçbucaqyumurtavaridir, qaidə hissəsi düz, enli-pazşəkilli və yaxud az ürəkşəkillidir, kənarları küt və ya sivri dişcikləri olan qeyri-bərabər kələ-kötür dişlidir, küt və ya sivridir, uzunluğu 4–7 (9) sm, eni 3,5–6 (9) sm-dir. Cavan yarpaqları alt tərəfdən ağımtıl keçə tüklüdür, daha sonra isə çılpaq olur; uzanmış budaqların yarpaqları da aşağı hissədə bu cürdür, qalanları (3) 5 dərin bölümlülüdür, yumurtaşəkilli və ya uzunsovyumurtaşəkili, sivri və ya küt dişcikləri olan qeyribərabər kələ-kötür bölümlüdür, əsası düz və ya az ürəkşəkillidir, uzunluğu 5–10 (14) sm, eni 7–12 (16,5) sm-dir, üst tərfdən tünd-yaşıl, alt tərəfdən ağımtıl, bəzən bozumtul keçə tüklüdür. Qutucuq meyvəsi 4–5 mm uzunluqdadır, uzunsov-yumurtavari formada olub, çılpaq və qabarıqdır. Mart ayında çiçəkləyir və mart-aprel aylarında meyvə verir.
Ekologiyası
redaktəDüzəndən başlamış orta dağ qurşağına kimi meşələrdə bitir.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
redaktəAzərbaycanda düzəndən başlamış orta dağ qurşağına qədər meşələrdə bitir.
Yaşayış mühiti
redaktəÇayların sahilində və yatağında, çay vadilərində, kolluqlarda və meşələrdə rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
redaktəOduncağı xarrat və tornaçı məmulatlarının, parket və pəncərə çərçivələrinin hazırlanmasında istifadə olunur. Yarpaqları mal-qara üçün yem əhəmiyyətlidir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Leuce alba (L.) Opiz
Heterotipik sinonimləri
redaktə- Populus acerifolia Lodd. ex Loudon
- Populus aegyptiaca W.Baxter
- Populus alba var. acerifolia Loudon
- Populus alba var. bachofenii (Wierzb. ex Rchb.) Wesm.
- Populus alba var. bolleana (Lauche) Ed.Otto
- Populus alba var. caspica Bornm.
- Populus alba var. crispa Mérat
- Populus alba var. denudata (A.Braun) Wesm.
- Populus alba f. globosa Dippel
- Populus alba var. hickeliana (Dode) Fiori
- Populus alba var. integrifolia Ball
- Populus alba var. microphylla Maire
- Populus alba proles nivea (Aiton) Rouy
- Populus alba f. nivea (Aiton) C.K.Schneid.
- Populus alba subsp. nivea (Aiton) Maire & Weiller
- Populus alba var. nivea Aiton
- Populus alba var. nutans Sudw.
- Populus alba f. pendula (Loudon) Dippel
- Populus alba var. pendula Loudon
- Populus alba var. pyramidalis Bunge
- Populus alba f. pyramidalis (Bunge) Dippel
- Populus alba f. richardii Beissn.
- Populus alba var. salomonii (Carrière) Wesm.
- Populus alba var. subintegerrima Lange
- Populus alba umbraculifera Sudw.
- Populus arbeel Curtis
- Populus arembergiana Dippe
- Populus arembergica Lodd. ex Loudon
- Populus bachofenii Wierzb. ex Rchb.
- Populus belgica Lodd. ex Loudon
- Populus berkarensis Poljakov
- Populus bolleana Lauche
- Populus caspica (Bornm.) Bornm.
- Populus denudata A.Braun
- Populus excelsa Salisb.
- Populus grisea Lodd. ex Loudon
- Populus hickeliana Dode
- Populus hickeliana var. tremulifolia Dode & Sennen
- Populus hybrida M.Bieb.
- Populus hyrcana Grossh.
- Populus intermedia Mert. ex Loudon
- Populus major Mill.
- Populus morisetiana Dode
- Populus nigra Mill.
- Populus nivea (Aiton) Willd.
- Populus nivea salomonii Carrière
- Populus paletskyana Dode
- Populus palmata Loudon
- Populus pendula Steud.
- Populus pseudonivea Grossh.
- Populus quercifolia Loudon
- Populus subintegerrima (Lange) Sennen & Mauricio
- Populus subintegerrima var. berkanensis Sennen & Mauricio
- Populus triloba Dode
- Populus viminalis Poir.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1034.