Asiq Sakir - Wikipedia
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri.[1]
Aşıq Şakir | |
---|---|
Doğum tarixi | 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 1978 |
Fəaliyyəti | aşıq, şair |
Həyatı
redaktəAşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.[2]1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir.
Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq.
Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.
Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır.
Jurnalist Tofiq Abdullayevin qələmə aldığı "Aşıq Şakir" kitabında mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunur. Kitabda respublikamızın tanınmış elm və sənət adamlarının sənətkar haqqında xatirələri öz əksini tapıb.
Aşıq Şakir 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.[3]
1947-ci ildən aşıqlıq edən Aşıq Şakir 1978-ci ildə vəfat edib.
Aşıq Şakir Hacıyev məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olmuşdur.
Haqqında yazılanlar
redaktə- Seyfəddin Qəniyev. Şirvanlı Aşıq Şakir. Bakı, "Elm və təhsil", 2012, 100 səhifə.
İstinadlar
redaktə- ↑ Abdullayev, T. Getməz qulaqlardan səsi Şakirin //Mədəni həyat.- 2014.- № 4.- S.27–30.
- ↑ Fərəcov, S. Unudulmaz aşıq-xanəndə: [aşıq Şakir haqqında] //Mədəniyyət.- 2014.- 14 may.- S. 15.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2011-06-27 at the Wayback Machine
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.