Asagi Oruzman - Wikipedia
Aşağı Oruzman — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Başkeçid şəhərindən 4 km güneydə dəniz səviyyəsindən 1220m yüksəklikdə yerləşir. Kənd qədim türk məskənidir. Bu toponim oğuzoğlu Uruzu xatırladır. 1536-cı ilin sənədlərində(Baratlıların bölgü kitabında) ORMOZON toponiminə rast gəlirik. Bu isə bu kəndin nə qədər qədim olduğunu sübut edir.Bunu rus,yunan,gürcü və.s mənbələri də təsdiq edir.
Aşağı Oruzman kəndi gürc. სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani) | |
---|---|
ქვემო ოროზმანი | |
41°18′23″ şm. e. 44°12′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.220 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1715[2] |
Coğrafiya
redaktəKənd dağlıq yerdə yerləşir.Oruzman iki çay arasında (Təvədöy(Xram) və Qaraçay(Söyüdlü))hündür bir yerdə yerləşir.Kənd bir neçə kəndlə qonşudur. Bunlar: Yuxari Oruzman, Salxoz, Qarakilsə, Dəllər, Bəzəkli, Hamamlı, Başkeçid rayonu, Armudlu...
Məşğuliyyəti
redaktəMəşğuliyyəti əsasən maldarlıq qismən də əkinçilikdir. Maldarlıqla məşğul olanlar əsasən dağlara yaylağa çıxırlar. Bu dağlar: Leninovka, Qırxbulaq, Qaradağ, Qırmızı bulaq, Dağ Bəzəklisi, Əyriqar, Təpəldağ, Qoca qaçan, Şam duyə, Sənək uçan,və.s Əkinçiliklə məşğul olanlar əsasən kartofçuluqla, taxılçılıqla, məşğul olurlar.
Əhalisi
redaktəKənd təxminən 130-140 evdən ibarətdir.2002-ci ilin məlumatlarına görə kənd əhalisi 660 nəfər olub. Hazırda bəzi məlum problemlər üzündən cavan nəsil əhali kəndi tərk edib xaricə əsasən Rusiyaya, Azərbaycana, Türkiyəyə köç edir və orada işləyirlər.
Mənbə
redaktə Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |