Asagi Bazar - Wikipedia
Aşağı bazar küçəsi – Şuşanın tarixi mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. Aşağı və Rasta bazar küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan Meydan formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan Aşağı bazar küçəsi Aşağı meydan və Meydanı birləşdirir.[1]
Aşağı bazar küçəsi |
---|
Tarixi
redaktəŞuşa şəhərinin inkişafının ən erkən dövrlərindən etibarən Qarabağ xanlığının paytaxt sakinləri qaladan kənarla geniş ticarət əlaqələri yaratmışdılar.[2] Şəhərin aşağı hissəsində karvansaraların olması artıq həmin dövrlərdə kənardan şəhərə ticarət məqsədilə gələnlərin olmasından xəbər verir.[3] Lakin, Pənahəli xanın dövründə Şuşa ticari əhəmiyyətdən daha çox müdafiə xarakterli qala-şəhər kimi nəzərdə tutulduğuna görə, şəhərdə ticarətin inkişafına bir o qədər də əhəmiyyət verilmirdi.[4] E. Avalov qeyd edir ki, Şuşanın ticarət mərkəzinin tarixi qeyd edilməmiş baş planda əks etdirilmiş memarlıq-planlaşdırma kompozisiyası da həmin dövrdə ticarətin səviyyəsini əks etdirir.[2] Buna görə də kiçik həcmli ticari əlaqələr mühitində Aşağı bazar kimi kiçik ticarət küçəsi yetərli idi.[2]
Xüsusiyyətləri
redaktəAşağı bazar küçəsi XIX əsrin I yarısına kimi Şuşanın əsas kompozisiya-planlaşdırma strukturunun mərkəzində məhz bu küçə dayanırdı.[5] Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına görə, XIX əsrin əvvəllərində bu küçə şəhərdə yeganə dəqiq planlaşdırılmış ticarət magistralı olmaqla, hər iki tərəfində qırmızı xətt boyunca ticarət sıraları yerləşirdi.[4] E. Avalov bildirir ki, əsas ticarət küçəsi olmaqla yanaşı həmin dövrdə Aşağı bazar küçəsi həm də uzun mərkəz rolunu oynayırdı.[4]
Qarabağ tarixçisi Baharlının verdiyi məlumata görə, həmin dövrdə Aşağı bazar küçəsində ticarət sıraları ilə yanaşı karvansara və hamamlar, o cümlədən Uğurlu bəy hamamı yerləşirdi.[6]
İstinadlar
redaktə- ↑ Авалов, 1977. səh. 45
- ↑ 1 2 3 Авалов, 1977. səh. 48
- ↑ Baharlı. Əhvalati-Qarabağ. 1888. Авалов, 1977. səh. , 46-da istinad edilir.
- ↑ 1 2 3 Авалов, 1977. səh. 47
- ↑ Авалов, 1977. səh. 46
- ↑ Baharlı. Əhvalati-Qarabağ. 1888. Авалов, 1977. səh. , 48-də istinad edilir.
Ədəbiyyat
redaktə- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.