Abs In Xarici Siyaseti - Wikipedia
Amerika Birləşmiş Ştatlarının xarici siyasəti — ABŞ-ın digər ölkələrə münasibətdə istifadə etdiyi xarici siyasət məqsədləri və metodlarının məcmusu. Xarici siyasət prezident tərəfindən müəyyən edilir və Dövlət katibinin başçılıq etdiyi Dövlət Departamenti tərəfindən həyata keçirilir.
Rəsmi olaraq xarici siyasət doktrinası ABŞ vətəndaşlarının və beynəlxalq ictimaiyyətin xeyrinə daha təhlükəsiz, demokratik və firavan dünyanın təmin edilməsi maraqlarına əsaslanır[1]. ABŞ dünyada ən inkişaf etmiş diplomatik nümayəndəliklər şəbəkəsinə malik olmaqla beynəlxalq münasibətlərdə son dərəcə mühüm rol oynayır. ABŞ Birləşmiş Millətlər Təşkilatının və Şimali Atlantika alyansının qurucu üzvü və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Tarixi
redaktəArtıq Birinci Dünya müharibəsi illərində ABŞ dünya siyasi arenasında lider mövqe tutmaq üçün səylər göstərirdi. 1914-1917-ci illərdə ABŞ-ın neytrallıq siyasəti yeritməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərmişdi.
1920-ci illərdə ABŞ Latın Amerikasında siyasi ekspansiya uğrunda mübarizə aparmış, bir sıra torpaqları satın almış və öz şirkətləri vasitəsilə kreditlər vermişdi. Bu regionun bəzi ölkələrində ABŞ bilavasitə maliyyə və gömrüklərə nəzarət etmiş, bəzi hallarda varlığını ordu ilə dəstəkləmişdi.
İkinci Dünya müharibəsindən ərəfəsində təcridçilik doktrinası ABŞ-ın hakim elitası arasında çox populyar idi.
İkinci Dünya müharibəsinin qalibiyyətlə başa çatması və 1945-ci ilin avqustunda Yaponiyaya atom bombası atılması ABŞ-ın Avropa və dünya siyasətindəki rolunu və əhəmiyyətini sürətlə dəyişdi. 1947-1952-ci illərdə Marşal planı adlanan Qərbi Avropa ölkələrinə iqtisadi yardım planının çox uğurla həyata keçirilməsi ABŞ-a nəhayət Qərbi Avropada özünün dominant iqtisadi və siyasi təsirini “möhkəmləndirməyə” imkan verdi.
1940-cı illərdən bəri Birləşmiş Ştatlar 1953-cü ildə İrandakı çevriliş, 1961-ci ildə Donuzlar Körfəzi əməliyyatı və Yuqoslaviya, Əfqanıstan və İraqdakı müharibələr də daxil olmaqla, dünyada çoxsaylı silahlı münaqişələrdə və hərbi çevrilişlərdə iştirak etmişdir.
"People's Daily"nin 2002-ci ildə qeyd etdiyi kimi, Soyuq müharibə başa çatdıqdan sonra Birləşmiş Ştatlar onun rəhbərliyi altında birqütblü dünya yaratmağa çalışdı[2] .
İstinadlar
redaktə- ↑ "Миссия и Ценности" (PDF) (ingilis). http://www.state.gov. 2012-08-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-08-15.
- ↑ "О визите Дж. Буша в Европу Жэньминь Жибао". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-28.