Abs Daxili Tehlukesizlik Departamenti - Wikipedia
Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamenti, (ingiliscə: United States Department of Homeland Security, DHS) 11 sentyabr hücumlarından sonra yaradılmış olan bu dövlət təşkilatının əsas vəzifəsi ölkədə terrorizmlə mübarizə aparmaqdır. "Homeland" sözünün Azərbaycan dilinə tərcüməsi "Doğma vətən" deməkdir.
ABŞ Daxili Təhlükəsizlik Departamenti | |
---|---|
Department of Homeland Security | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Amerika Birləşmiş Ştatları |
Yaradılma tarixi | 25 noyabr 2002 |
Tabelik | Amerika Birləşmiş Ştatlarının Prezident Administrasiyası |
Ştat sayı |
|
İllik büdcəsi | 40.600.000.000 $ |
Baş qərargah | |
Rəsmi saytı | dhs.gov |
Vikianbarda əlaqəli mediafayllar |
Departament 2002-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş olan "İctimai Təhlükəsizlik Aktı" ilə yaradılmışdır. Bu qanun nəticəsində departamentin konstitusiya quruluşunun mühafizə edilməsi, təbii fəlakətlərə hazırlıq və onların nəticələrinin aradan qaldırılması, sərhəd mühafizəsi və mülki müdafiə kimi vəzifələri olan digər federal orqanlar ilə koordinasiyalı formada işləməsi təmin edilmişdir. Həmçinin də, terror hücumları, texnogen fəlakətlər və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması da, təşkilatın və ya təşkilat daxilindəki bölmələrin nəzarəti altındadır.