Abs Siyahiyaalma Burosu - Wikipedia
ABŞ Siyahıyaalma Bürosu (ing. United States Census Bureau, Bureau of the Census) — ABŞ-də əhali və iqtisadiyyat haqqında məlumat hazırlayan Federal Statistika Sisteminin əsas agentliyi.
ABŞ Siyahıyaalma Bürosu USCB | |
---|---|
United States Census Bureau | |
Növü | Büro |
Şüar | Siyahıyaalma |
Yaranma tarixi | 6 mart, 1902 |
Qeydiyyat tarixi | 1 iyul, 1902 |
Mərkəzi | Syutlend, Merilend |
Sədr | Con H. Tompson |
Büdcəsi |
3.1 milyard (2009) 7.2 milyard dollar (2010) 1.3 milyard dollar (2011) |
Üzvləri | 4285 |
census.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Siyahıyaalma Bürosunun əsas vəzifəsi hər on ildə bir ABŞ əhalisinin sayını müyyənləşdirməkdir, hansı ki bu məlumat əsasında ABŞ Nümayəndələr Palatasına üzvlərin sayı müəyyənləşir.[1] Əhalinin onillik siyahıyaalmadan əlavə, Siyahıyaalma Bürosu Amerika İctimaiyyət Sorğusu, ABŞ İqtisadi Siyahıyaalması və Cari Əhali Sorğusu kimi digər növ siyahıyaalma və sorğular da həyata keçirir.[1] Bundan başqa büro iqtisadiyyat və xarici ticarət göstəriciləri haqqında da məlumat hazırlayır. Siyahıyaalma Bürosu rəhbərliyində federal fondlar hər il müxtəlif siyahıyaalma və sorğular həyata keçirir və bunun nəticəsində ştatlar, yerli idarə etmə orqanları və biznesmenlər daha düzgün qərar qəbul edə bilirlər.[2]
Ticarət Departamentinin tabeçiliyində olan Siyahıyaalma Bürosunun direktorunu ABŞ Prezidenti təyin edir.
Məlumatın toplanması
redaktəSiyahıyaalma rayonları və dairələri
redaktəSiyahıyaalma Bürosu 4 statistika rayonu və 9 dairədən ibarətdir :[3][4]
- 1-ci rayon: Şimal Şərq
- 1-ci dairə: Yeni İngiltərə (Konnektikut, Men, Massaçusetts, Nyu-Hempşir, Rod-Aylend və Vermont)
- 2-ci dairə: Orta Atlantik (Nyu-Cersi, Nyu-York (ştat) və Pensilvaniya)
- 2-ci rayon: Orta Qərb
- 3-cü dairə: Şərq Şimali Mərkəz (İllinoys, İndiana, Miçiqan, Ohayo və Viskonsin)
- 4-cü dairə: Qərb Şimali Mərkəz (Ayova, Kanzas, Minnesota, Missuri, Nebraska, Şimali Dakota və Cənubi Dakota)
- 3-cü rayon: Cənub
- 5-ci dairə: Cənubi Atlantik (Cənubi Karolina, Corciya, Delaver, Florida, Kolumbiya Dairəsi, Merilend, Qərbi Virciniya, Şimali Karolina və Virciniya)
- 6-cı dairə: Şərq Cənubi Mərkəz (Alabama, Kentukki, Missisipi və Tennessi)
- 7-ci dairə: Qərb Cənubi Mərkəz (Arkanzas, Luiziana, Oklahoma və Texas)
- 4-cü rayon: Qərb
- 8-ci dairə: Dağ (Arizona, Colorado, Idaho, Montana, Nevada, New Mexico, Utah, and Wyoming)
- 9-cu dairə: Pasifik (Alaska, Kaliforniya, Hawaii, Oreqon, and Washington)
2006-cı ildə büroda 5593 nəfər işləyirdi.
Xarici keçidlər
redaktə- ABŞ əhalinin siyahıya alınması bürosu (rəsmi sayt) (ing.)
İstinadlar
redaktə- ↑ 1 2 USCB DOC-D1026 QVC Manual 01/03/09
- ↑ "What We Do – About Us – U.S. Census Bureau". Census.gov. April 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2013.
- ↑ United States Census Bureau, Geography Division. "Census Regions and Divisions of the United States" (PDF). January 20, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 10, 2013.
- ↑ "Census Bureau Regions and Divisions with State FIPS Codes" (PDF). US Census Bureau. September 21, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 20, 2010.