Aidc F Ck 1 Ching Kuo - Wikipedia
AIDC F-CK-1 Ching-kuo (經國號戰機) Tayvanın çoxməqsədli reaktiv qırıcı təyyarəsidir. Təyyarə Çin Respublikasının keçmiş prezidenti olan Chiang Ching-kuonun adını daşıyır. İlk uçuşunu 1989-cu ildə etmiş və 1994-cü ilin yanvarında Çin Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilmiş olan təyyarə[4] 1997-ci ildən aktiv şəkildə xidmət göstərir.
AIDC F-CK-1 Ching-kuo | |
---|---|
Tipi | qırıcı |
Hazırlayan | General Dynamics |
İstehsalçı | |
Baş konstruktor | Aerospace Industrial Development Corporation[1] |
İlk uçuş | 28 may 1989 |
İstismara verilmə tarixi | 1994[3] |
Status | İstifadə olunur |
İstismarçılar | Çin Respublikası Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1990-2000 |
Buraxılış sayı | 130 |
Vahidinin qiyməti | 25-30 milyon US$[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Proqram ABŞ-nin Çinin diplomatik təzyiqi nəticəsində Tayvana özünün F-20 Tigershark və General Dynamics F-16 Fighting Falcon reaktiv qırıcılarının satışını dayandırmasından sonra Tayvan Respublikasının yerli qabaqcıl reaktiv təyyarə hazırlamaq qərarına gəlməsindən sonra başladılmışdır. Təyyarə Amerika müdafiə şirkətlərinin köməyi ilə Aerospace Industrial Development Corporation tərəfindən dizayn və istehsal edilmişdir.
Texniki xüsusiyyətləri (F-CK-1A)
redaktə- Ekipaj: 1
- Uzunluq: 14,48 m
- Qanad uzunluğu: 9 m
- Hündürlük: 4,42 m
- Qanad sahəsi: 24.2 m²
- Boş çəkisi: 6,500 kg
- Maksimum uçuş çəkisi: 9,072 kg
- Mühərrik: 2 × Honeywell/ITEC F125–70 turbofan
İstinadlar
redaktə- ↑ Taylor 1999, pp. 98–99.
- ↑ 1 2 "Ching-kuo (Hsiung Ying) Indigenous Defense Fighter". GlobalSecurity.org. 27 aprel 2005. 7 yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ http://www.globalsecurity.org/military/world/taiwan/idf.htm?P_AVPASS=PHDGBITAVPASSP.
- ↑ Van Vranken Hickey, Dennis. The Armies of East Asia: China, Taiwan, Japan, and the Koreas. Boulder, Colorado: Lynne Rienner Publishers. 2001. səh. 122. ISBN 9781555879921. 4 Mart 2016 tarixində arxivləşdirilib.
- ↑ Hillebrand, Niels. "AIDC Ching-Kuo F-CK-1 (IDF)". Milavia. 6 sentyabr 2005. 7 yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ "AIDC F-CK-1A/B Ching Kuo Indigenous Defense Fighter". TaiwanAirPower.org. 27 may 2006. 9 fevral 2016 tarixində arxivləşdirilib.