Apcbc - Wikipedia
APCBC (ing. Armor Piercing Capped Ballistic Capped; azərb. Ballistik başlıqlı zireh dağıdıcı) — sursat tank əleyhinə mərmi tipi idi. İkinci Dünya müharibəsi əsnasında kəşf edilən və istehsal olunan zireh dağıdıcı mərmilər o qədər də müvəffəqiyyətli deyildilər. Buna görə də mühəndislər tərəfindən atış yolunu itirməyən və hədəfi daha effektiv bir formada vura bilən belə bir mərmi növü hazırlanmışdır. Bu tip mərmi APCBC adlanır. Bu mərmi növü zirehi dağıtdıqdan sonra partlayır. Zireh dağıdıcı başlıq mərminin normalizasiyasını (dağıtma gücü) artırır. Mərminin partlaması üçün müəyyən qədər zirehi dağıtması lazımdır. Daha çox İkinci Dünya müharibəsində istifadə edilən bu sursat 1950-ci illərdə belə istifadə edilirdi, lakin HEAT-FS mərmilərinin yaradılması ilə bu mərmi növü ləğv edilmişdir.
APCBC |
---|
Biblioqrafiya
redaktə- Orgokiewicz, Richard M., Technology of Tanks Volume I., Coulsdon: Jane's Information Group, 1991
- U.S. Army Firing Test No.3, 30 August 1944, 2009-08-12 tarixində arxivləşdirilib – www.wargaming.info vasitəsilə
- Henry, Chris, British Anti-tank Artillery 1939-45, New Vanguard 98, Osprey Publishing, 2004, ISBN 9781841766386