A Kana - Wikipedia
A Kana - Wikipedia - Haqqında Məlumat
あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır.
a | ||||
---|---|---|---|---|
| ||||
transliterasiya | a | |||
hiraqana mənşəyi | yap. 安 | |||
katakana mənşəyi | yap. 阿 | |||
tələffüzü | yap. 朝日のア (Asahi no "a") |
Yaranması
redaktəア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır.
Yazılış
redaktəあ hiraqanası 3 xətlə yazılır:[1]
- Başda soldan sağa horizantal xətt.
- Yuxarıdan aşağı doğru gedən qövsvari xətt.
- Aşağıda の kanası xatırladan hissə.
ア katanakası 2 xətdən ibarətdir.[2]
- Başda horizantal şəkildə uzanan və onun salında aşağı doğru gedən qısa çıxıntı.
- Sonuncu xəttin axırından başlayan və qövsvari şəkildə aşağı gedən xətt.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Gilhooly, Helen. Beginner's Japanese Script. Teach Yourself. London: Hodder Headline. 2003 [1999]. ISBN 0-340-86024-3. OCLC 56469680.