Aahen - Wikipedia
Aaxen (alm. Aachen) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir.
Aaxen | |||||
---|---|---|---|---|---|
Aachen | |||||
|
|||||
50°46′34″ şm. e. 6°05′02″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 173 m, 410 m, 125 m | ||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 0241, 02403, 02405, 02407, 02408 | ||||
Poçt indeksi | 52062, 52063, 52064, 52065, 52066, 52067, 52068, 52069, 52070, 52071, 52072, 52073, 52074, 52075, 52076, 52077, 52078, 52079, 52080 | ||||
Nəqliyyat kodu | AC | ||||
Digər | |||||
aachen.de | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAxen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir.
1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir. 1943–45-ci illərdə böyük dağıntılara məruz qalmışdır. Şəhərdə imperator Böyük I Karl saray kompleksinin (8–9 əsrlər) qalıqları saxlanılmışdır. Axen saray kompleksinin ətrafında inkişaf etmişdir.
Əhalisi
redaktəVətəndaşlığına görə Xarici Ölkə Rezidentləri | |
Ölkə | Əhali (31.12.2018) |
---|---|
Türkiyə | 6,478 |
Polşa | 1,758 |
ÇXR | 1,651 |
Niderland | 1,586 |
Yunanıstan | 1,512 |
Rumıniya | 1,025 |
Mədəniyyət müəssisələri
redaktəAxen 1238-ci ildən xristian müqəddəs əşyalarının nümayiş olunduğu mərkəzə və katoliklərin ziyarətgahına çevrilmişdir. Ümumdünya irsinin siyahısına salınmış baş kilsə (burada 1531-ci ilədək 32 alman imperatorunun tacqoyma mərasimi keçirilmişdir), imperator saray kapellası (786–798, memar Metsli Odo; Karolinqlər intibahı dövrünün ən parlaq memarlıq nümunəsi), qotik üslubda Qroshauz (keçmiş ratuşa, 1267, hazırda şəhər arxivi), Ratuşa (təqribən 1333–76, 1898–1902-ci illərdə yenidən qurulmuşdur; imperator zalında Axen Retelin I Karlın həyatından bəhs edən freskaları, 1840–51), barokko üslubunda fəvvarə və I Karlın tunc heykəli (1620), Elizen -brunnen fəvvarəsi (1822–27, memar Y. A. Kremer) Axenin ən məşhur memarlıq abidələrindəndir.
Ali texniki məktəb (1870; 1880-ci ildən universitet statusu), Müqəddəs Qriqori kilsə musiqisi ali məktəbi (1881), kütləvi kitabxana (1831), Syurmondt (1882, antik və Avropa incəsənəti), diyarşünaslıq, "Kuven-Muzeum" (18–19-cu əsrlər, dekorativ tətbiqi sənət), beynəlxalq qəzet (1885) muzeyləri, şəhər teatrı (1751), "Qrents land teater″, "Blekaut" teatrı; musiqili teatr (2000) var.
İqtisadiyyatı
redaktəAxenin iqtisadiyyatında əsas yeri xidmət sferası tutur. Axen elmi-tədqiqat və təcrübə-konstruktor işləmələri, işgüzar xidmətlər və ticarət (o cümlədən beynəlxalq) üzrə böyük mərkəzdir. Maşınqayırmanın elektrotexnika, elektronika, kömür sənayesi üçün avadanlıq istehsalı sahələri ən çox inkişaf etmişdir. Burada çoxsaylı elmi kadrlar cəmləndiyindən elmtutumlu istehsal (o cümlədən təcrübə-sınaq işləri), sürətlə inkişaf edir. Axen Almaniyanın ən böyük daş kömür hövzələrindən birinin mərkəzidir. Şəhərin sənayesi kömür hasilatı üzrə ixtisaslaşmışdır. Axendə kimya, rezin-texnika, yeyinti, toxuculuq, şüşə-keramika sənayesi müəssisələri fəaliyyət göstərir. Şəhərin ətrafında olan mədənlər Romalıların dövründən istismardadır Axenin 20 km-liyində Yulix nüvə tədqiqatları mərkəzi yerləşir. Axen balneoloji kurortdur. Əsas təbii müalicə amili çoxsaylı (təqribən 40) termal (temperatur 75° C-yədək, Mərkəzi Avropada ən isti) mineral bulaqlardır.
Nəqliyyat
redaktəEyni zamanda şəhər böyük bir dəmiryolu mərkəzi və mühüm nəqliyyat qovşağıdır. Daha çox dəmiryol Moskva–Berlin–Paris transavropa dəmiryol magistralı Axendən keçir. Sərnişin dövriyyəsinin həcminə görə ölkədə ilk yerlərdən birini tutur.[4]
Partnyor şəhərlər
redaktəPartnyor şəhərlər aşağıdakıdır:
|
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Webauftritt der Stadt Aachen
- Portal Stadtgeschichte des Arbeitskreises Denkmalpflege als Wiki
- AachenWiki − Informationen und Tipps für alle, die in Aachen leben oder für ein paar Tage vorbeischauen
- Aachener Stadtgeschichte − Fotos, historische Hintergründe sowie Artikel zur Stadtentwicklung zwischen 1850 & 1985
- VikiSəyahətdə Aaxen haqqında səyahət məlumatları var.
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 210–211. ISBN 978-9952-441-02-4.