Abseron Milli Parki - Wikipedia
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park.[1] 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir.
Abşeron Milli Parkı | |
---|---|
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 783 ha |
Yaradılma tarixi | 8 fevral 2005 |
İdarəetmə orqanı | AETSN |
Faunası | Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək |
Yerləşməsi | |
40°17′ şm. e. 50°21′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xəzər |
Yerləşməsi | Abşeron yarımadası, Şah Dili |
Yaxın şəhər | Bakı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAbşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədilə 1969-cu ilə təşkil edilmişdir.[2]
Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır.
Ümumi məlumat
redaktəAbşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır.
Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq ördək, yaşılbaş ördək, ağgöz qaraördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz çovdarçısı və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdir.
Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki "qartalın dimdiyi" də deyirlər. Rəvayətə görə əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali Şah dili adlandırır.
Parkda məskunlaşan Qırmızı kitaba daxil olan heyvanlar: Xəzər suitisi, ceyran, adi soltanquş, ağgöz qaraördək, qızılqaz, fısıldayan qulələk, kürən vağ, qıvrımlələk qutan[3].
İstinadlar
redaktə- ↑ "Milli parklar". Tourism.az (az.). 25 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2016.
- ↑ Абшерон јасаглығы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 30.
- ↑ "Abşeron Milli Parkı". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.