Abseron Ritmleri Film 1970 - Wikipedia
Abşeron ritmləri tammetrajlı bədii musiqili televiziya filmi rejissor Eldar Quliyev tərəfindən 1970-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər.
Abşeron ritmləri | |
---|---|
Janr | musiqili |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifi | İmran Qasımov |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 3 may 1970, Moskva, RSFSR |
Filmin növü | tammetrajlı musiqili-bədii televiziya filmi |
Müddət | 62 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca (azərbaycanca dublyaj) |
İl | 1970 |
Texniki məlumatlar |
7 hissə 1773 metr |
Rəng | rəngli |
Məzmun
redaktəFilm incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Musiqili filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər.[1]
Film haqqında
redaktə2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır.[2]
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Rejissor: Eldar Quliyev
- Ssenari müəllifi: İmran Qasımov
- Operator: Rasim Ocaqov
- Rəssam: Kamil Nəcəfzadə
- Bəstəkar: Polad Bülbüloğlu[3]
İstinadlar
redaktə- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 68–69
- ↑ "Abşeron ritmləri" filminin elektron versiyası hazırlanıb
- ↑ "Polad kimi Polad". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 217.