Abasxanli - Wikipedia
Abasxanli - Wikipedia - Haqqında Məlumat
Abasxanlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Kəndoba kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisi 679 nəfərdir (2008)[2]
Abasxanlı | |
---|---|
40°22′ şm. e. 48°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 23 m |
Saat qurşağı | |
Tarixi
redaktəŞirvan düzündədir. Keçmiş adı Gorus Abbasxanlı olmuşdur. Oykonim Şamaxı qəzasında maldarlıqla məşğul olan bir nəslin adını əks etdirir. Bu kənd Şirvan xanlığı dövründə Çaparlı və Ağarx kəndləri ilə birlikdə Gorus adlanan mahala daxil idi. Mahalın adı vaxtilə burada məskunlaşmış gorus qızılbaş tayfasının adından götürülmüşdür. XVIII əsrdə Gorus mahalı Şamaxı xanı Mustafa xanın kürəkəni Ağakişi bəyə mənsub olmuşdur. 1933-cü ildə Cəlilabad rayonu ərazisində eyniadlı kənd qeydə alınmışdır. Bu oykonimlər abbasxanlı nəslinin adı ilə bağlıdır.[3]
Həmçinin bax
redaktəXarici keçid
redaktəVikianbarda Abasxanlı ilə əlaqəli mediafayllar var.
- Abasxanlı Arxivləşdirilib 2021-05-18 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 8. ISBN 978-9952-441-02-4.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 8