Abbas Abad Briqi - Wikipedia
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub.
Abbas-Abad | |
---|---|
«Аббас-Абад»- | |
Təşkilat | Xəzər Dənizi Flotiliyası |
Tarixi | 4 (16) oktyabr 1824-cü il |
Salınma tarixi | 16 (28) avqust 1827-ci il |
Layihəçi | Stepan Buraçok |
İstehsalçı | Həştərxan admirallığı |
Tipi |
briq Erivan |
Top | 12 |
Midel-şpanqaut | 7 |
Tarixi
redaktəBriqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi.
"Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi).
Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı.
1837-ci ildə briq Həştərxanda söküldü.
Komandirləri
redaktə"Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur:
- 1827–1828 — Y. D. Mandrika
- 1829–1830 — A. P. Doroxov
- 1832 — A. T. Aleksandrovskiy
- 1834 — iyul 1836 — V. T. Alenikov
- с июля 1836 — S. S. Palitsin
Ədəbiyyat
redaktə- Чернышёв А. А. Российский парусный флот. Справочник. — М.: Воениздат, 2002. — Т. 2. — 480 с. — (Корабли и суда Российского флота). — 5000 экз. — ISBN 5-203-01789-1. (rusca)
- Веселаго Ф. Ф. Список русских военных судов с 1668 по 1860 год. — С-Пб.: Типография морского министерства, 1872. — 798 с. (rusca)
- Широкорад А. Б. 200 лет парусного флота России / Под ред. А. Б. Васильева. — 2-е изд. — М.: "Вече", 2007. — 448 с. — ISBN 978-5-9533-1517-3. (rusca)