Abbasabad Yardimli - Wikipedia
Abbasabad — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Abbasabad | |
---|---|
38°52′08″ şm. e. 48°17′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 771 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6500 |
Tarixi
redaktəAbbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Mollalı tayfasının nümayəndəsi Abbas tərəfindən salınmışdır. Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır.[1]. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809–1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi. Qala İran dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826–1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır. Mənbələrdə 1828–30-cu illərdə baş vermiş hadisələrlə əlaqədar İrəvan xanlığının Vedibasar, şərur və Sürməli mahallarında Abbasabad adlı kəndlərin azərbaycanlı əhalisi haqqında məlumat verilir.[2]
Kənd yerli əhali arasında Quzeykənd adıyla da tanınır. Qeyd edək ki, Pornayım tayfa arealı çox genişdir. Həmin tayfanın müasir sakinləri təkcə Yardımlıda deyil, Cəlilabad və Lerik ərazisində də yaşayır. Lerik və Cəlilabad ərazisindəki Uran/Oran sakinləri pornayım tayfasına mənsub olduqlarını qeyd edirlər. Fikrimizcə, türksoylu Oran və Pornak tayfalarının tarixi əlaqələri daha dərindən öyrənilməlidir. Bu, cənub bölgəsindəki bəzi mübahisəli məsələlərin həlli üçün faydalı ola bilər.
Coğrafiyası və iqlimi
redaktəAbasabad kəndi Talış silsilə dağlarının qərb qurtaracağinda, dağ yamaclarının ətəyində yerləşir. Kənd ərazisi Şimal tərəfdən Qara çay Cənubdan Bonayır adlanan çay Şərqdən Bilnə (cənub şərqdə-Lerikin gendov torpaqları ilə. Qərbdən isə Hamarkəndilə həmsərhəddir.
Kəndin iqlimi sərt kontinental iqlimə uyğundur.[mənbə göstərin]
İqtisadiyyatı
redaktəƏkinçilik və maldarlıqla məşğul olurlar.
İstinadlar
redaktə Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |