Abdullah Ibn Nuayman - Wikipedia
Abdullah ibn Nuayman (v. 652, ərəb. النُعيمان بن عمرو النجّاري) — Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur[1]. O, Əbdurrəhman ibn Ovfun bacısı ilə evli olmuşdur. Doğum tarixi məlum deyil. 652-ci ildə vəfat etdimişdir.
Abdullah ibn Nuayman | |
---|---|
Vəfat tarixi | 652 |
Abdullah ibn Nuayman zarafatcıl olması ilə tanınırdı və onun zarafatları bəzən Rəsulullahı belə güldürürdü.
Bir vaxtlar Abdullah ibn Nuayman spirtli içki içmək vərdişi var idi və bir müddət sonra bu vərdişdən həmişəlik qurtulmuşdur. İçki haram buyurulduqdan sonra da deyilənə görə, Abdullah ibn Nuayman aradabir gizli-gizli içərmiş. Bir gün onu içkili halda tutub Məhəmməd peyğəmbərin yanına gətirirlər. Ömər ibn Xəttab da orada olur və Abdullahın bu halını görəndə bəddua edir: “Lənətullah əleyhi – Allahın lənəti ona olsun”. Ömərin bu sözlərini eşidən peyğəmbər (s.ə.s) ona tərəf dönərək: Ey Ömər! Vallah, mən Abdullah ibn Nuaymanın Allahı və Rəsulunu sevdiyini bilirəm[2]. Üstəlik sözünə davam edərək inanclı bir kimsəni hər hansı xətası üzündən lənətləməməyi tövsiyə edir.
İstinadlar
redaktə- ↑ "Prophet Muhammad — 31: Enjoying a funny gesture". www.arabnews.com. 2010-07-01. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ Hamid, Abdul Wahid. Companions of the Prophet (First, Hardback). Leicester, UK: Muslim Education and Literary Services. 1985.