Abo Sulh Muqavilesi - Wikipedia
Abo Sulh Muqavilesi - Wikipedia - Haqqında Məlumat
Abo sülh müqaviləsi — 1743-cü ildə Rusiya imperiyası ilə İsveç arasında bağlanmışdı. Müqavilə Rusiya-İsveç müharibəsində (1741-1743) İsveçin məğlubiyyətini təsdiqlədi. Avqustun 7-də Finlandiyanın Abo şəhərində bağlanmışdı.[1]
Şərtlər
redaktə- Danışıqlarda Rusiya, rus taxtının vəliəhdi Pyotr Fyodoroviçin dayısı Holşteyn şəhzadəsi Adolf Fridrixin İsveç taxtına vəliəhd seçilməsi şərti ilə öz ərazi iddialarını məhdudlaşdıracağına razılıq verdi.
- İsveç tərəfi bu təklifi qəbul etdi.
- Müqavilənin 21-ci maddəsi yərəflər arasında "əbədi sülh və dostluq" müəyyən edir, Rusiya və İsveç düşmən ittifaqlarda yer almayacağı barədə təəhhüd götürürdü.
- 1721-ci il Niştadt müqaviləsinin təsdiqi olaraq Rusiyanın Pribaltikada əraziyə sahib olmasını qəbul etdi.
- Kummene çayı sərhəd müəyyən edildi
Nəticə
redaktəAbo sülh müqaviləsi Rusiyanın Pribaltika və Baltik dənizində vəziyyətini,onun şm.-q sərhədlərinin müdafiəsini daha da möhkəmləndirdi.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Або сүлһ мүгавиләси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 22.