Abuna Yemata Quh - Wikipedia
Abuna Yemata Quh — Efiopiyanın Tiqray bölgəsinin Havzen şəhərində yerləşən monolit kilsə. 2,580 metr (8,460 fut) yüksəklikdə yerləşir[1] və kilsənin içərisinə daxil olmaq üçün piyada dırmaşmaq lazımdır. V əsrə aid olan günbəzi, divar rəsmləri və memarlığı ilə diqqət çəkir.[2]
Pravoslav ortodoks | |
Abuna Yemata Quh | |
---|---|
ኣቡና የማታ ጉሕ | |
| |
Din | |
Statusu | Kilsə |
Yerləşməsi | |
Ölkə | Efiopiya |
Bölgə | Tiqray |
Şəhər | Havzen |
Memarlıq | |
Üslubu | Kapella |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəZiyarətçilər kilsəyə çatmaq üçün təxminən 250 m enişli təbii daş körpüdən, sonra isə dar taxta piyada körpüsündən keçməlidirlər.[3] Ardınca 300 metr (980 fut) hündürlüyündə məsafəni əl tutacaqlarından və ayaq tutacaqlarından (əlavə dayaq olmadan) istifadə edərək şaquli halda qaya divarına dırmaşmalıdırlar. Sonda isə 50 sm enində, aşağısı isə qaya olan çıxıntı üzərində keçmək lazımdır.[4] Kilsənin hazırda mövcud olan sütunlarının kimyəvi tərkibi Kembridən əvvələ aid olan qumdaşı formasiyasının son eroziya qalıqlarından, entiço və adiqrat mənşəli qumdaşlarından ibarətdir.[5] Abuna Yemata Quh dünyanın ən əlçatmaz ibadət yeri olsa da, əsasının qoyulduğu 1500 il əvvəldən indiyədək buraya dırmaşmaq istəyən bir nəfər belə yerə yıxılmayıb.[6]
Tarixi
redaktəYerli əfsanəyə görə kilsənin əsası (qayanın yonulması) VI əsrdə qoyulub və "doqquz müqəddəslər"dən biri olan Abuna Yemataya (yaxud Abba Yem'ata da deyilir) ithaf olunub. Doqquz müqəddəslərin V əsrin sonu və VI əsrin əvvəlləri arasında Roma, Konstantinopol və Suriyadan gəldiyinə inanılır.[7][8]
Kilsədəki rəsmlər
redaktəKilsədəki rəsmlərin dizaynı Debre Tsion kilsəsi kimi yaxınlıqdakı digər kilsələrdə tapılanlarla eynidir. Rəsmlərdə Əhdi-ətiqi əks etdirən fiqurlar, Əhdi-cədidi əks etdirənlərdən daha çoxdur. Həmçinin quru hava və rütubətin olmaması bu freskaları orijinal mükəmməlliyi ilə qoruyub saxlamışdır.[9] Rəsmlər Efiopiyada xristianlığın ilkin izlərinə aiddir və doqquz müqəddəs və on iki həvari haqqında mövzuları əhatə edir.[10] Ən qədim ikonalar XV əsrə aiddir və diptix, yaxud triptix şəklindədir.[11]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ The Rough Guide to Ethiopia (1). UK: Rough Guides. 2 Mar 2015. 160. ISBN 9780241181850.
- ↑ Buxton, David. The Abyssinians (1. publ.). London: Thames & Hudson. 1970. səh. 145. ISBN 9780500020708.
- ↑ Scott, Audrey; Noll, Daniel. "In Ethiopia, an adrenaline-filled act of faith". BBC Online. 22 Aug 2014. 17 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2024.
- ↑ Gebremariam, Kidane Fanta; Kvittingen, Lise; Nicholson, David Graham. "Multi-analytical investigation into painting materials and techniques: the wall paintings of Abuna Yemata Guh church". Heritage Science. 4 (1). 28 September 2016. doi:10.1186/s40494-016-0101-6. hdl:11250/2652856.
- ↑ Williams, Frances M. Understanding Ethiopia: Geology and Scenery (illustrated). Springer. 2016. 343. ISBN 9783319021805.
- ↑ https://africageographic.com/stories/ethiopia-living-churches-ancient-kingdom/#:~:text=Priests%20cheerfully%20tell%20visitors%20that%20pregnant%20women%2C%20babies,Guh%20is%20removed%20from%20the%20noise%20of%20life Arxivləşdirilib 2024-04-07 at the Wayback Machine.
- ↑ Votrin, Valery. "The Orthodoxy and Sustainable Development a Potential for Broader Involvement of the Orthodox Churches in Ethiopia and Russia". Environment, Development and Sustainability. 7 (1). January 2005: 9–21. doi:10.1007/s10668-003-5053-9.
- ↑ Hable Selassie, Sergew. Ancient and medieval Ethiopian history to 1270 (English). Printed by United Printers. 1972. 370. OCLC 868317.
- ↑ Fitzgerald, Mary Anne; Marsden, Philip. The Living Churches of an Ancient Kingdom. American University in Cairo Press. 536. ISBN 9789774168437.
- ↑ Williams, Frances M. Understanding Ethiopia: Geology and Scenery (illustrated). Springer. 2016. 343. ISBN 9783319021805.
- ↑ Henze, Paul B. Layers of time a history of Ethiopia (2nd impr.). London: Hurst. 2001. səh. 79. ISBN 9781850653936.
Xarici keçidlər
redaktə- Vikianbarda Abuna Yemata Quh ilə əlaqədar mediafayllar var