Aciliqbine - Wikipedia
Acılıqbinə — Azərbaycan Respublikasının Balakən rayonunun Qullar kənd inzibati ərazi dairəsində kənd.[1]
Acılıqbinə | |
---|---|
41°40′20″ şm. e. 46°15′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəMazım çayının sahilindədir. Mütəxəssislərin fikrincə, Acılıqbinə/ Hacılıqbinə "Hacıya məxsus binə" deməkdir. Əvvəllər bu ərazidə Qullar kəndi camaatının binələri yerləşirdi. XIX əsrin ortalarında Qullar kəndindən çıxmış ailələr Acılıq adlanan pay torpağında məskunlaşdılar. Bəzi tədqiqatçılar oykonimin birinci komponentini həmin ərazidə acı dad verən yovşan bitkisinin bolluğu ilə əlaqələndirirlər. Əslində acılıq sözü Azərbaycan dilinin bir sıra dialekt və şivələrində "sıx tikanlı bitkisi olan yer" mənasında işlənir. Odur ki, oykonim "sıx tikanlı bitkisi olan binə (kənd)" kimi izah olunmalıdır Azlıq binə kəndinin əhalisi 94 nəfərdir, təxmini 60 % avarlar qalanı isə azərbaycanlılardan ibarətdir[2].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 12 (az.)
Balakən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |