Adigozel Gozelov - Wikipedia
Adıgözəl Xəlil oğlu Gözəlov (1907, Kürqarabucaq, Cavad qəzası – 29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957).
Adıgözəl Gözəlov | |
---|---|
| |
19 may 1954 – 6 iyun 1957 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | nazirlik ləğv edilib |
28 may 1952 – 17 aprel 1953 | |
Sədr | Sadıq Rəhimov |
sentyabr 1943 – 1946 | |
Əvvəlki | İshaq Gülməmmədov |
Sonrakı | Balamet Balametov (Nazirlər Sovetinin sədri kimi) |
1 dekabr 1941 – 1943 | |
Birinci katib | Mir Cəfər Bağırov |
16 may 1939 – 4 aprel 1941 | |
Birinci katib | Mir Cəfər Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 1966 |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəAdıgözəl Xəlil oğlu Gözəlov 1907-ci ildə Cavad qəzasının Kürqarabucaq kəndində su maşinisti ailəsində anadan olmuşdur. 15 yaşında olarkən, 1922-ci ildə kənd məktəbinə daxil olmuş, burada komsomol üzvü seçilmişdir. İlk təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, institutu bitirdikdən sonra əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri, sonra isə məsul redaktor əvəzi, "Kommunist maarifi" qəzetinin və "İşçi-kəndli müxbiri" məcmuəsinin redaktoru olmuşdur.[1][2]
Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir.[3]
ÜİK(b)P MK yanında yanında Ali Partiya Məktəbini bitirən Adıgözəl Gözəlov 1943-cü ilin sentyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş[1] və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur.[3]
Adıgözəl Gözəlov 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[1] O, 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.[4]
Təltifləri
redaktə- "Lenin" ordeni — 27 aprel 1940
- "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1 fevral 1945
İstinadlar
redaktə- ↑ 1 2 3 Адыҝөзәл Ҝөзәлов // Коммунист. № 19 (7201). 25 јанвар 1946-ҹы ил. С. 2.
- ↑ Gözəlov Adıgözəl Xəlil oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 49.
- ↑ 1 2 "Гёзалов Ади Гёзал Халил оглы". knowbysight.info (rus). Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991). 25 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2021.
- ↑ А. Х. Ҝөзәлов // Коммунист. № 124 (13210). 1 ијун 1966-ҹы ил. С. 4.