Adem Korpusu - Wikipedia
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt.
Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var.
Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır[1].
Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar. Ramayana eposuna görə körpü imperator Ramanın əmri ilə inşa edilmişdir. Əfsanəyə görə tikinti işləri Vişvakarmanın oğlu Nalının rəhbərliyi altında, üstəlik vanara ordusunun dəstəyi ilə inşa edilmişdir. Bu körpü ilə Ramanın ordusu Şri-Lankada yerləşən iblis Ravannın ordusu ilə vuruşmaq məqsədi ilə hərəkət etmişdir. Səbəb isə Ramanın sevgilisi Situnun oğurlanması olur.
Müsəlmanların əfsanəsinə görə Adəm (əlehisallam) Cənnətdən qovularkən Şri-Lankada yerləşən Adəm dağına atılır. Əfsanəyə görə Həvva isə bu zaman Ciddə ətrafı ərazilərdə olur. Adəm (əlehisallam) onun yanına getmək məqsədi ilə bu quru yolu, keçiddən istifadə etmişdir.
Hal-hazırda Hindistan hökuməti Hindistan və Şri-Lanka arasında boğazın dərinləşdirilməsi üçün bir layihə hazırlamışlar. Bu ada ətrafına 30 saatlıq naviqasiya (təxminən 400 km) qənaət edəcək. Layihənin müxalifləri isə Ramasetin ölkənin tarixi irsi kimi qorunmalı olduğunu bəhanə edərək buna qarşı çıxırlar.
İstinadlar
redaktə- ↑ "«Rama körpüsü»". 2013-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
Ədəbiyyat
redaktə- When Megaengineering Disturbs Ram: The Sethusamudram Ship Canal Project / Michiel van Dijk and Virginie Mamadouh // Engineering Earth. The Impacts of Megaengineering Projects. In 3 volumes. Vol. 1 / Ed. Stanley D. Brunn. — Springer, 2011. — e-ISBN 978-90-481-9920-4. — DOI 10.1007/978-90-481-9920-4. — Ch. 18. — P. 297.
- Physical Geography // Ceylon. A General Description of the Island, Historical, Physical, Statistical. In 2 vols. Vol. 1. — Asian Educational Services, 1994 (reprint, first published in 1876). — Ch. IV. — Pp. 58—61.
Mənbə
redaktə- Мост Рамы — удивительное творение природы или древний мегалит. По следам Рамаяны // 2012
- Rama körpüsü // 22 iyun 2012.