Adam Laksman - Wikipedia
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı.[1] 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir.[1]
Adam Laksman | |
---|---|
Doğum tarixi | 1766 |
Vəfat tarixi | 1806 |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya ekspedisiyası
redaktəTəbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi.[1] Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.[1]
Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər.[2] Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür.[1] Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər.[1]
Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar.[1] Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər.[1] Yaponlar ona bildirmişdilər ki, bu cür məsələlər xaricilər üçün açıq olan yeganə liman Naqasakidə müzakirə oluna bilər və Laksmana Rusiya gəmisinin Naqasakiyə daxil olmasına icazə verən sənəd vermişdirlər.[1] Laksman bu icazə sənədindən istifadə etməsə də, Rusiyaya aparmışdır.[1]
Erik Laksman, İmperatriça Yekaterina, eləcə də, Yaponiya ekspedisiyasını maliyyələşdirən səyyah Qriqori Şelixovun ölümü Naqasaki icazəsinin sınaqdan keçirilməsini təxirə salmışdır.[1] Şelixovun kürəkəni olan Nikolay Rezanovun Naqasakiyə daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa heç bir rus Yaponiyaya səyahət etməmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan
- ↑ Shchepkin, Vasiliy Vladimirovich; Kartashov, Kirill Mikhailovich. "Ritual and Law: Reception of Adam Laxman's expedition in Japan" (PDF). Russian Japanology Review. 1. 2018: 149–158. 2021-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 372. ISBN 0-87011-624-7. İstifadə tarixi: 7 iyun 2022.