Adam Rayner - Wikipedia
Adam Rayner (alm. Adam Rainer; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs.[1] Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur.[2]
Adam Rayner | |
---|---|
alm. Adam Rainer | |
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 1950 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəRayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur.[3] 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur. 1932-ci ildə 33 yaşında ikən boyu 218 santimetrdə çatmışdır.[4] Qiqantizmin səbəb olduğu bu xəstəliyə görə ömrünün qalan hissəsini yataqda keçirməli olmuşdur.[3] 1950-ci ildə 51 yaşında öləndə boyu 234 santimetr idi.[5] Ayağının ölçüsü 33,1 santimetr idi: karlik olarkən ayaqqabı ölçüsü 43 olduğu halda, cəmi üç il ərzində ayaqqabı ölçüsü 53 olmuşdur.[6] Əllərinin ölçüsü 23,4 santimetr, çəkisi 109 kiloqram idi.
İstinadlar
redaktə- ↑ Guinness World Records, 2004.
- ↑ "World's Littlest Giant: The Curious Case of Adam Rainer". thechirurgeonsapprentice.com. 20 January 2015. 6 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2018.
- ↑ 1 2 Bellows, Alan. "The Man Who Was a Dwarf and a Giant" Arxivləşdirilib 2011-06-10 at the Wayback Machine, DamnInteresting.com, 1 December 2005.
- ↑ Hirsch, Obar. Two Types of Gigantism Due to Similar Tumors. Discussion of Growth* Arxivləşdirilib 2011-07-17 at the Wayback Machine Confinia Neurologica, Vol. 21, No. 4 (1961)
- ↑ Adam Rainer Arxivləşdirilib 2017-12-19 at the Wayback Machine at The Tallest Man
- ↑ "Arxivlənmiş surət". 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
Xarici keçidlər
redaktə- Adam Rayner (ing.) Find a Grave saytında