Adil Zeynalov - Wikipedia
Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960, Lənkəran – 12 mart 2020, Bakı) — Azərbaycan aktyoru, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012).[1][2]
Adil Zeynalov | |
---|---|
Adil Ağakərim oğlu Zeynalov | |
Doğum tarixi | 20 fevral 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 2020 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | aktyor, teatr rejissoru |
Fəaliyyət illəri | 1977–2020 |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəAdil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.[1][2][3]
A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur.[3]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktə1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır.[1][2][3]
Vəfatı
redaktəMükafatları
redaktəTeatr səhnəsindəki rolları
redaktəAktyor kimi
- Ü. Hacıbəyov "Olanlardan-keçənlərdən" –Müəllim
- M. Kərim "Piyada Mahmud" – Mahmud
- İ. Əfəndiyev "Billur sarayda" – Zahid
- M. Hüseyn "Cavanşir" – Zöhrab
- C. Məmmədquluzadə "Ölülər" – Lal
- B. Nuşiç "Nazirin xanımı" – Ninkoviç
- Ə. Haqverdiyev "Ağa Məhəmməd şah Qacar" – Səfərqulu xan
- H. Mirələmov "Vicdanın hökmü" – Qara Fedya
- Ə. Haqverdiyev "Bəxtsiz cavan" – Hacı Səməd ağa
- H. Mirələmov "Pənah xan Cavanşir" – Nadir şah
- H. Mirələmov "Ləyaqət" – Şeydabek
- Ə. Əmirli "Onun iki qabırğası" – Dədə
- Sofokl "Şah Edip" – Korifey
- A. Mədətov "Sezarın qətli" – Brut
- M. Xubai "Şeytanın oyunları" – Neron
- Q. Qorin "Herastratı unudun"-Tissafern
- K. Nəzirli "Şeytan işığı" – Con
- M. Məmmədov "Sovqat" — Əflatun
Rejissor kimi
- Ə. Əmirli "Varlı qadın"
- Ə. Əylisli "Vəzifə"
- Q. Hüseyni, Ə.Cəmşidi "Hacı Kərimin aya səyahətı"
- F. Mustafa "İlğım"
- H. Cavid "Ana"
- Y. Əzimzadə "Nəsrəddin"
- L. Korsunski "Fırıldaqçı"
- C. Fətullayev, A. Zeynalov "Muəmmalı ölüm"
- Ə. Səmədli "Dəyirman əhvalatı"
- Ə. Səmədli Toyda Çelentano oxuyur"
- B. Nişiç "Nazirin xanımı"
- V. Səmədoğlu "Mamoy kişinin yuxuları"
- H. Muxtarov "Mən nənə ilə evlənirəm"
Filmoqrafiyası
redaktə- Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Qulam)
- Durnalar qayıtdı (film, 2003) (tammetrajlı bədii film)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: Surxay)
- Susmuş vicdan (film, 2010) (bədii serial)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Əməkdar artist Adil Zeynalov vəfat edib" (Azərbaycan). mct.gov.az. 23 mart 2020-ci il tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 "Əməkdar artist Adil Zeynalov vəfat edib" (Azərbaycan). medeniyyet.az. 14 mart 2020-ci il tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 "Zeynalov Adil Ağakərim oğlu" (az.). Lənkəran Dövlət Dram Teatrı. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.