Adolfo Ruis Kortines - Wikipedia
Adolfo Tomas Ruis Kortines (isp. Adolfo Tomás Ruiz Cortines, İspanca tələffüz: [aˈðolfo ˈrwis koɾˈtines] ( dinlə); 30 dekabr 1890[1], Verakruz[d], Verakrus[d] – 3 dekabr 1973[1], Mexiko) — Meksika dövlət xadimi, 1952–1958-ci illərdə Meksika Prezidenti.
Adolfo Ruis Kortines | |
---|---|
1 dekabr 1952 – 30 noyabr 1958 | |
Əvvəlki | Migel Aleman Valdes |
Sonrakı | Adolfo Lopes Mateos |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 dekabr 1890[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1973[1] (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | mayor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAdolfo Tomas Ruis Kortines 30 dekabr 1890-cı ildə Verakruzda anadan olmuşdur. O, 1912-ci ildə Meksika inqilabına qoşulmuşdur. Kortines 1914-cü ildən həqiqi hərbi xidmətdə olmuşdur. O, daha sonra 1921–1935-ci illərdə Statistika İdarəsinin əməkdaşı və direktoru kimi çalışmışdır. Kortines İnstitusional İnqilab Partiyasının (PRI) üzvü olmuşdur. O, 1937–1940-cı illərdə senator vəzifəsini icra etdikdən sonra, 1944–1947-ci illərdə Verakruz qubernatoru kimi xidmət etmiş və fəaliyyətini 1948–1951-ci illərdə Daxili İşlər naziri kimi davam etdirmişdir. Kortines 1952–1958-ci illərdə Meksika Prezidenti olmuşdur. O, 1967-ci ilə qədər Meksika hökumətinin iqtisadi müşaviri kimi xidmət etmişdir. Adolfo Tomas Ruis Kortines 3 dekabr 1973-cü ildə Mexiko şəhərində vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Brozović D., Ladan T. Adolfo Ruiz Cortínes // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ "Ruiz Cortínes, Adolfo | Hrvatska enciklopedija". www.enciklopedija.hr. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
Əlavə ədəbiyyat
redaktə- Camp, Roderic A. Mexican Political Biographies. Tucson, Arizona: University of Arizona, 1982.
- Luna Elizarrarás, Sara Minerva. "Enriquecimiento Y Legitimidad Presidencial: Discusión Sobre Identidades Masculinas Durante La Campaña Moralizadora De Adolfo Ruiz Cortines." Historia Mexicana, vol. 63, no. 3 (251), 2014, pp. 1377–1420. JSTOR, www.jstor.org/stable/24369004.
- Pellicer De Brody, Olga Pellicer and José Luis Reyna. "Las Modalidades Ruizcortinistas Para Mantener La Estabilidad Politica." Historia De La Revolución Mexicana, Período 1952–1960: El Afianzamiento De La Estabilidad Política, and Jose Luis Reyna, 1st ed., vol. 22, Colegio De Mexico, México, D. F., 1978, pp. 13–72. JSTOR, www.jstor.org/stable/j.ctv233pb3.5.
Xarici keçidlər
redaktə- Vikianbarda Adolfo Ruis Kortines ilə əlaqəli mediafayllar var.