Adonis Bitki - Wikipedia
Adonis Bitki - Wikipedia - Haqqında Məlumat
Xoruzgülü və ya dağçiçəyi (lat. Adonis) — qaymaqçiçəklilər fəsiləsindən bitki cinsi.
Xoruzgülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Xoruzgülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bir və ya çoxillik ot bitkisidir. Yarpaqları çox bölümlüdür. 20-dək, Azərbaycanda 5 növü məlumdur. Zəhərli olduğundan heyvanlar yemir. Ən çox yayılanı bahar xoruzgülüdür (Adonis vernalis). Otunun və çiçəyinin sulu cövhərindən ürək və ürək-damar nevrozlarında istifadə olunur.
Növləri
redaktə- Adonis aestivalis L. — Yay xoruzgülü
- Adonis amurensis Regel & Radde — Amur xoruzgülü
- Adonis annua L. — Payız xoruzgülü
- Adonis chrysocyathus Hook.f. & Thomson — Qızılı xoruzgülü
- Adonis flammea Jacq. — Parlaq xoruzgülü
- Adonis microcarpa DC.
- Adonis mongolica Simonov. — Monqol xoruzgülü
- Adonis multiflora Nishikawa & Koji Ito — Çoxçiçəkli xoruzgülü
- Adonis pseudoamurensis W.T.Wang — Yalançı amur xoruzgülü[3]
- Adonis sibirica Patrin ex Ledeb. — Sibir xoruzgülü və ya Appenin xoruzgülü
- Adonis turkestanica (Korsh.) Adolf — Türküstan xoruzgülü
- Adonis vernalis L. — Bahar xoruzgülü
- Adonis wolgensis Ledeb. — Volqa xoruzgülü
Azərbaycanın dərman bitkiləri
redaktə- Yay xoruzgülü (Adonis aestivalis L.)
- Amur xoruzgülü (Adonis amurensis Regel et Radde)
- Apennin xoruzgülü (Adonis apennina L.)
- Qızılı xoruzgülü (Adonis chrysocyathus Hook. fil. et Thoms.)
- Alovlu xoruzgülü (Adonis flammea Jacq.)
- Xırdaçiçək xoruzgülü (Adonis parviflora Fisch. ex DC.)
- Sibir xoruzgülü (Adonis sibirica)
- Türküstan xoruzgülü (Adonis turkestanica)
- Bahar xoruzgülü (Adonis vernalis L.)
- Volqa xoruzgülü (Adonis wolgensis Stev.)
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 242. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 547.
- ↑ "Bəzi mənbələdə sinonim kimi baxılır". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-04.