Afrika Milli Konqresi - Wikipedia
Afrika Milli Konqresi (AMK) – CAR-da hakim partiya; yerli əhalinin kütləvi və nüfuzlu siyasi təşkilatı. 1912-ci ildə yaradılmışdır. Afrika Milli Konqresi irqi ayrı- seçkiliyə qarşı çıxır və CAR-ın bütün əhalisinin hüqüq bərabərliyi naminə çalışır. 1955-ci ildə Afrika Milli Konqresi və digər müxalifət təşkilatlarının təşəbbüsü ilə çağırılmış Xalqlar konqresində Azadlıq xartiyası – demokratik Cənubi Afrika uğrunda mübarizə proqramı qəbul olundu. Afrika Milli Konqresi ölkənin bütün tərəqqipərvər qüvvələrini birləşdirməyə çalışaraq, dəfələrlə hakim dairələrin irqçi və antidemokratik siyasətinə qarşı çıxmışdır. 1960–1990-cı illərdə gizli fəaliyyət göstərmişdir. Afrika Milli Konqresi rəhbərliyi altında irqçiliyə qarşı aparılan mübarizənin Afrika və dünya demokratik qüvvələri tərəfindən dəstəklənməsi CAR-da aparteid sisteminin ləğvinə gətirib çıxardı. 1994, 1999, 2004-cü illərdə CAR-da keçirilən ümumxalq seçkilərində Afrika Milli Konqresi qalib gəlmişdir.[2]
Afrika Milli Konqresi | |
---|---|
Sədri | Siril Ramafosa |
Quruluş tarixi | 8 (21) yanvar 1912 |
İdeologiya | sosial-demokratiya |
Üzvlüyü | |
Saytı | anc1912.org.za |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ http://www.socialistinternational.org/viewArticle.cfm?ArticlePageID=931.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 139. ISBN 978-9952-441-02-4.