Alcali Salyan - Wikipedia
Alcali Salyan - Wikipedia - Haqqında Məlumat
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Alçalı | |
---|---|
39°31′09″ şm. e. 48°55′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |