Alis Qasimov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri.
Alış Qasımov | |
---|---|
Qasımov Alış Məmiş oğlu | |
Doğum tarixi | 1960 |
Doğum yeri | |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | professor |
Həyatı
redaktə1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur[1].
1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir.
1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir.
1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir.
1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.
1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur.
1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir.
2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir.
Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.
2001-ci ildə Müqəddəs Həcc, 2002-ci ildə isə Müqəddəs Kərbala və Məşhəd ziyarətlərində olmuşdur.
BDU-nun 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.
KİTABLAR
redaktə- Əmək və bəzi mülki hüquq münasibətlərinin oxşar və fərqli cəhətləri: Dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 1994
- Əmək hüquq münasibətlərində əmlak səlahiyyətləri sistemi: Monoqrafiya. Bakı: Bakı Universiteti nəşriyyatı, 1994 (birgə müəllifliklə)
- Sxodstvo i razliçie mejdu trudovımi i nekotorımi qrajdansko-pravovımi otnoşeniəmi: Uçebnoe posobie. Baku: İzd-vo Bakinskoqo Universiteta, 1995
- Əmək hüququ: Dərslik. Bakı: Qanun, 1996
- Trudovoe pravo Rossii: Praktikum. M.: Osğ-89, 1998
- Zanətostğ, trudoustroystvo, individualğnıy trudovoy doqovor (kontrakt): Uçebnoe posobie. Baku: İzd-vo Bakinskoqo Universiteta, 1999,
- İnsan və vətəndaş hüquqlarının məhkəmə müdafiəsi haqqında: Dərs vəsaiti. Bakı: Qanun, 2000 (birgə müəllifliklə)
- Trudovoy doqovor (kontrakt): balans sil i balans interesov. Monoqrafiə. M.: Öridiçeskie vesti, 2000 (v soavtorstve)
- Vzaimnaə materialğnaə otvetstvennostğ v trudovom prave Azerbaydjanskoy Respubliki. Monoqrafiə . M.; Soöz, 2001
- Əmək müqaviləsi tərəflərinin qarşılıqlı maddi məsuliyyətinin sosial-hüquqi əsasları. Monoqrafiya. Bakı: Bakı Universiteti nəşriyyatı, 2001.
- Azərbaycan Respublikasının pensiya hüququ: Dərs vəsaiti : Bakı: Digesta, 2002 (birgə müəllifliklə)
- Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət. Monoqrafiya. Bakı: Qanun, 2002.
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Kommentariyası. Bakı: Digesta, 2002 (birgə müəllifliklə)
- Əmək hüququ üzrə qarşılıqlı maddi məsuliyyətin əsasları və şərtləri: Dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002
- Taleyi tarixə dönən şəxsiyyət. Bakı: Təhsil nəşriyyatı, 2004
- Əmək hüququ. Ümumi hissə: Dərs vəsaiti. Bakı: Qanun, 2005
- Azərbaycan Respublikasında əmək haqqının hüquqi tənzimlənməsi: Dərs vəsaiti. Bakı: Adiloğlu, 2007 (birgə müəllifliklə)Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası. Bakı: Adiloğlu, 2007, 879 s. (birgə müəllifliklə)
- Əmək hüququ: Dərslik. Bakı: Adiloğlu, 2007
İstinadlar
redaktə- ↑ "Qasımov Alış Məmiş oğlu-hüquq elmləri doktoru,professor". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.