Alisdirma Samlari - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alışdırma şamları — Yanma şamları hava ilə yanacağın qarışığının alışdırılması üçün istifadə olunur. Şamların qığılcım, qızma, yarım keçiriçi, katalik və s. növləri var.[1]
Benzin ilə işləyən mühəriklərdə qığılcım şamlardan istifadə edilir. Yanma kamerasında hava ilə yanacağın qarışmasına minlərlə vəya on minlərlə voltun qığılcımı nəticəsində alışma baş verir. Şamlar hər silindirdə idarə etmə blokundan vəya "traplordan" gələn informasiya əsasında qığılcım verir. Bunlar mühərrikin t/o vəziyətinə uyğun hesablanılıb qoyulur. Raket mühərriklərində şamlar yalnız işə salma zamanı istifadə edilir və ikinci dəfə istifadə edilməsi mümkün olmur, amma avtomobil mühərriklərində yanacaqdan asılı olaraq şamlar bir neçə min km istifadə edilə bilir.
Dizel mühərriklərində yanma şamları sadəcə mühərrik işə salan zaman ilk növbədə qızır və yanmanı verir. Bundan sonra növbəti partlayış üçün sönür və alışma özü özündən daxili baş verir. Yəni, əsas iş prinsipi ilk startı verməkdir. İlk şam Robert Boş tərəfindən 1902-ci ildə yaradıldı. İlk şamlar çox yüksək gərginlik əsasında işləyirdi. Bunlar ilk dəfə daxili yanma mühəriklərində istifadə olundu. İlk mühərrik Karl benzin idi. Orada yoxlanıldıqdan sonra artıq ümumi mühərriklərdə istifadə edilməyə başladı. Hal-hazırdada müasir şamlar elə 1902-ci ildəki şamların işləmə prinsipi ilə işləyirlər. Şamlar Dəmir metalından, daxili naqildən və izolyatordan ibarətdir. Şamların üzərində keramikadan korpus qoyulur. Bunun əsas funksiyasi 450–1000 dərəcəyə kimi dözümlülüyünü qoruyur. Həmçinin 60 min V-ə qədər cərəyan keçirə bilir.
Şamların üzün müddətli işləməsi üçün keyfiyyətli yanacaqdan istifadə edilməlidir. Şamların yanması üçün uclarında nazik Platin, İridium vəya başqa əlvan metallardan istfiadə edilir. Adətən onlar yeyildicə şamların qığılcım vurması zəifləyir. Burada xüsusi diqqət yetirmək lazımdır ki, onların zəifləməsi yanmanın zəif baş verməsinə gətirəcək, bu zaman da mühərrikdə yanma tam baş verməyəcək. Şamların ömürləri stabil olaraq 100 min nəzərdə tutulur, amma keyfiyyətsiz yanacaqdan istifadə edilməklə bunlar 2 dəfə az xidmət göstərir. Bundan əlavə, şamlara yüksək gərginlik verən "babin"-lər də öz növbəsində zamanla zəifləyir. Babinlərin daxilində cərəyanı güCləndirən "katuşka"-lar olur. Zamanla bunlar cərəyanı kifayət qədər güclü vermirlər, bu da öz növbəsində şamlara təsir edir. Vizual olaraq cərəyan verməyində problem olmayacaq, amma endoskopla baxdıqda artıq cərəyan gərginliyinin istehsalçı tərəfindən verilən limiti vermədiyi məlum olur. Hər 50 mindən bir şamları dəyişdikdə,"babin"-ləri də dəyişmək məsləhətdir.
Şamların sıradan çıxmasının əlamətlərindən biri də, yanma kamerasında olan kompressiyanı keramikadan buraxmasıdır. Burada kompressiya itkisi olacaq.
Şamların vəziyətinə görə mühərrkyin işləməsini də təyin etmək mümkün olur.
1. Açıq şabalıdı rəngdə olan çamlar və üzərində yağ ləkəsi yoxdursa bu mühərrikin əla işlədiyini göstərir. Burada hər şey qaydasındadır.
2. Əgər şamların mərkəzi qığılcım hissəsi qara rəngdədirisə (naqar), bu zaman mühərrikdə varlı yanmanın getdiyini bildirir.
3. Əgər şamlar ağ rəngdədisə burada kasıb yanma gedir, və yanacaq ya çatışmır vəya yanma düzgün getmir. Buda avtomobili "qovsanız" qaynatmağa gətirib çıxardacaq.
4. Şamlar qırmızı rəngdə başlığı olursa, daha doğrusu qırmızı kərpic kimi bu yanacağın tərkibində çoxlu sayda əlavə maddələrin olduğunu göstərir. Bu da tez bir zamanda şamların sıradan çıxmasına və kompressiyanın buraxmasına gətirir.
5. Şamların zərində nəmişlik və yağ əlamətləri varsa, burada mühərrikin yağ yeməsini göstərir və həmçinin də belə mühərriklər uzun müddət qaldıqda və ilk start verdikdə mühərrik düzgün işləməyəcək (priboy). Bunlar da tez bir zamanda şamları sıradan çıxardacaq.
6. Əgər şamlar üzərində yağ varsa və şam tamamilə yağ içindədirsə, bu həmin silindirdə yanmanın olmaması və həmin silindirin problemli olmasını göstərir.
7. Şamın qığılcım verən hissəsi (kəlləsi, başı) yoxdusa bu şam artıq yararsızdır. Bunun səbəbi uzun müddət detonasiya ilə işləyən mühərriklərdə və ya oktan ədədi aşağı olan yanacaq ilə çalışan mühərriklərdə rast gəlinir.
8. Əgər çamın üzərində ağ pas kimi ləkələr varsa bu artıq mühərrikin külli miqdarda yağ yeməsini göstərir.
İstinadlar
redaktə- ↑ The Bosch book of the Motor Car, Its evolution and engineering development, St. Martin's Press, copyright 1975, Library of Congress # 75–39516, pp 206–207.