Ali Mustafayev - Wikipedia
Alı Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax rayonu – 20 noyabr 1991, Dağlıq Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Alı Mustafayev | |
---|---|
Alı Mustafa oğlu Mustafayev | |
Doğum tarixi | 14 aprel 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1991 (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Dəfn yeri | |
Atası | Mustafa Mustafayev |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, jurnalist |
Mükafatları |
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.[1]
Həyatı
redaktəErkən illəri
redaktəAlı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur.[2] 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur.[2] 1971–1976-cı illərdə Bakı elektrik maşınqayırma zavodunda tornaçı işləmişdir.[2] 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.[2]
Jurnalist fəaliyyəti
redaktəO, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır.[2] Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir.[2] Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.[2] Alı Mustafayev "Günün ekranı" proqramının aparıcı əməkdaşlarından biri idi.[3] O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.[4]
Qarabağ müharibəsində iştirakı
redaktəAlı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan — qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır.[2] O, 1989–1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.[2]
1991-ci ilin 18 – 19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi.[5] Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü.[5] Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi.[5] Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.[5]
Ölümü
redaktəO, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.[1]
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.[2]
Şəxsi həyatı
redaktəAlı Mustafayev Lalə xanım Mustafayeva[6] ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[5] Onun üç övladı var.[5]
İrsi
redaktəBakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır.[2][7] Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.[8]
Təltif və mükafatları
redaktəO, 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb.[2] Ölümündən sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.[2]
- 1991 — "İlin ən yaxşı jurnalisti"
- 1992 — Azərbaycanın Milli Qəhrəmanı
Biblioqrafiya
redaktəƏsərləri
redaktə- Dəli bir ağlamaq keçir könlümdən (şeirlər). Bakı: Nicat, 1992, 152 səh.[9]
Xatirəsi
redaktə2003-cü ildə Rövşən İsax tərəfindən "STV Azərbaycan" kanalında istehsal edilmiş 40-cı qapının qıfılı adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Novruzoğlu, Rövşən. GENOSID......ECOCID. Bakı: «Adiloğlu» nəşriyyatı. 2005. 544. (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Alı Mustafayevin ölümündən 20 il ötür". www.anl.az. www.anl.az. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016. (#first_missing_last)
- ↑ "19 yanvarda televiziyanın enerji bloku niyə partladılmışdı?". www.anl.az. www.anl.az. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ "Təcili yardıma da aman verilmirdi". www.anl.az. www.anl.az. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 Aydınoğlu, Tahir. "Qəhrəmanlıq zirvəsi". www.anl.az. www.anl.az. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ "Arxivlənmiş surət". 2019-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
- ↑ İsmayılbəyli, Süleyman. ""Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"". anl.az. anl.az. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ "Ali Mustayev ship" (PDF). www.acsc.az. www.acsc.az. 2016-07-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ "Şəhid-jurnalist Alı Mustafayevin 57 yaşı tamam oldu". www.anl.az. www.anl.az. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
Xarici keçidlər
redaktə- Alı Mustafayevın bioqrafiyası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine