Alaid Vulkani - Wikipedia
Akaid vulkanı[2] — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir. Vulkan andezit-bazalt suxurlarından təşkil olunmuşdur. Vulkanın lava püskürməsi nəticəsində adı çəkilən süxürlar və tuf səthə çıxır. Kraterin ətəkləri müxtəlif növ kol bitkiləri və otlarla örtülmüşdür. Vulkanın yaşı 40–50 min olaraq qiymətlətləndirilir.
Alaid vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Böyük Kuril cərgəsi |
Növü | Startovulkan |
İlk püskürmə | 40-50 min il öncə |
Son püskürmə | 23 avqust 1997 |
Tərkibi | bazalt |
Mütləq hündürlüyü | 2339[1] |
Yerləşməsi | |
50°51′32″ şm. e. 155°33′26″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vulkanın özünə məxsusluğu ondadır ki, 30-dan çox konusa malikdir. Onların bir qismi vulkan krateririnin ətəklərində formalaşmışdır. Dənizdə yerləşön su altı Qriqorev vulkanı ilə birlikdə vahid vulkanik massiv əmələ gətirir. Burada olan konuslar: Qoto, Misuto, Maru, Suribaçi. Hündürlükləri 49–315 metr arasında dəyişir. Ada bütünlüklə bir vulkanın konusunu təşkil edir. 1778-ci ildə baş vermiş püskürmə nəticəsində konus zədələnmişdir. XVIII əsrdə vulkan 10 dəfələrlə püskürmüşdür. Sonuncu dəfə vulkan 23 avqust 1997-ci ildə püskürmüşdür. Kiçik titrəyişlər isə 31 oktyabrdan 19 dekabr 2003-cü il müddətində qeydə alınmışdır. 5 oktyabr 2012-ci ildə vulkabdan tüstü və qaz çıxır. 15 oktyabrda bu peykdən qeydə alınır. 2015-ci ilin sentyabrında zəif püskürmə müşahidə edilir[3]
29 aprel 2002-ci ildə alaid adasında tur zamanı iki yaponiyalı turist həlak olmuşdur.[4]
Alaid haqqında əfsanə
redaktəBəzi əfsanələrə görə Alaid Kamçatkanın cənubunda Kuril gökündə yerləşirdi. Ən hündür olması və onun qonşularına gələn işiğın qarşısını kəsdiyindən qonşuları onu qovmuşdur. Digər əfsanədə isə onun dənizin ortasına atılmasının səbəbini onun gözəlliyində görülür. Həqiqətəndə ada kənardan gözəlliyi ilə insanı cəlb edir. O daş ürəyini Kamçatkada saylayaraq Oxot dənizi istiqamətinə uzaqlaşmışdır. Təbii ki bu əfsanələrdə həqiqət yoxdur. Çünki Kuril gölü sadəcə bir kalderadır ki, 11 000 il öncə formalaşmışdır.
Ədəbiyyatda
redaktə- Struqaski qardaşlarının elmi-fantastik hekayəsində "Alaidin ağ konusu" hadisələr Atlasov yaxınlığında yerləşən Şumşu adasında cərəyan edir.
İstinadlar
redaktə- ↑ "GLOBAL VOLCANISM PROGRAM". 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
- ↑ Географический энциклопедический словарь: географические названия / Под ред. А. Ф. Трёшникова. — 2-е изд., доп.. — М.: Советская энциклопедия, 1989. — С. 20. — 592 с. — ISBN 5-85270-057-6.
- ↑ "Alaid Volcano" (rus). 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-16.
- ↑ "İki yapon turisti vulkandan yıxılaraq ölmüşlər" (rus). 2012-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.