Alanlar - Wikipedia
Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar.[1]
Tarixi
redaktəEramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər. Şərqi ittifaq xəzərlərlə və İranla bağlı idi, Qərbi ittifaq isə Bizansla. VI əsrdən etibarən qərbi alanlar arasında xristianlıq yayılmağa başladı. VI əsrdə alan tayfa ittifaqı birlikləri avarlar tərəfindən dağıdıldılar. VII əsrdən X əsrədək Alaniya Xəzər xaqanlığının tərkibinə daxil olmuşdur. X - XII əsrlərdə alanların başda hökmdarları "baqatar"ları olan dövlətləri formalaşır. Bu dövrdə yunan əlifbası əsasında alanların yazısı meydana gəlir. Alanlar "Nart" qəhrəmanlıq eposunu yaratmışlar. Alan mədəniyyəti Ön Qafqaza 1222-ci il monqol-tatar basqınınadək mövcud olmuşdur. XIV əsrdən alanlar arasında islam dini yayılmağa başlamışdır. Müasir osetinlər alanların nəslindəndirlər.
Əksər mənbələrin onların İrandilli olduğu nəzəriyyəsini irəli sürür. Bəzi tarixçilərə görə alanlar türk dillərində danışan köçəri türk xalqıdır.[2][3][4] E.ə. dövrlərdə indiki Qazaxıstan torpaqlarında yaşayırdılar. Miladi dövrün başlanğıc illərində isə bölmələr böyük bir hissəsi Volqa çayını keçərək Don çayı civarlarına, Krım və Şimali Qafqaz torpaqlarına gələrək bu bölgələrdə uzun illər hakimiyyət qurmuşlar.[5]
Alan dili
redaktəAlan adı yazılı mənbələrdə ilk dəfə e.ə. I əsrdə ortaya çıxır və Çin mənbələrinə görə alanlar doqquz Tele Türk boylarından biridir.[6][7] Alanlar (Aslar) köhnə türk yazılarında bir türk boyu olaraq qırğızların yanında çox dəfə ifadə edilmişdir.[8][9] Kaşgarlı Mahmut 'Az keshe' (yani 'Az kişi') adlı və şübhəsiz Türk olan bir qövm haqqından bəhs edər. Türk tarixçi Əl-Biruniyə görə alanların dili Xarəzmşahların və kumanların dillərinə bənzər. Alanların bir qismi qıpçaq və digər qismi oğuz qollarına aiddir.[4] Qaraçay-balkarlar özlərinə bu günə qədər Alan deyə xitab edərlər və qonşu xalqlar tərəfindən də eyni xitabı almaqdadırlar.[10][11] Etimologiji baxımdan alan sözü türk dillərində "ərazi, düz, açıq yer, geniş və ya böyük məsafə" deməkdir.[12] Osetinlərin əcdadları olduğunu göstərən araşdırmalar da vardır.[13]
Mənbələr
redaktə- ↑ Аланлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 212.
- ↑ Ian Almond, Two faiths, one banner: when Muslims marched with Christians across Europe's battlegrounds Arxivləşdirilib 2013-09-30 at the Wayback Machine, Harvard University Press, 2011, s.108
- ↑ Klaus Röhrborn, Wolfgang Veenker: Runen, Tamgas und Graffiti aus Asien und Osteuropa Arxivləşdirilib 2013-09-30 at the Wayback Machine, In Kommission bei O. Harrassowitz, 1985, s. 5
- ↑ 1 2 Zakiev M. Z., Who are Alans? Arxivləşdirilib 2012-02-10 at the Wayback Machine, Kazan, 1995
- ↑ Biblioteka İnostrannıh Pisateley o Rossii, t.1, SPb, 1836
- ↑ Duan, "Dingling, Gaoju and Tiele", s. 47-49, 330-339
- ↑ Denis Sinor, The Cambridge History of Early Inner Asia Arxivləşdirilib 2016-06-11 at the Wayback Machine, Vol. 1, 1990, s.271
- ↑ Bartold V.V., Kırgızlar: Tarihi bilgiler // 2'ci cilt, 1'ci bölüm., 1963
- ↑ (Emel Esin, A history of pre-Islamic and early-Islamic Turkish culture Arxivləşdirilib 2015-04-21 at the Wayback Machine, Ünal Matbaasī, 1980, s.228)
- ↑ "Türk Söylence Sözlüğü, Deniz Karakurt" (PDF). 2011-12-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-08-14.
- ↑ Hasan Celâl Güzel, Ali Birinci, Genel Türk tarihi, Cilt 10, Yeni Türkiye, 2002, s. 472:
- "Karaçay-Malkarlılar ayrıca kendileri için tarihî bir etnonim olan "Alan" adını kullanır ve birbirlerine "Alan" diye hitap ederler."
- ↑ J. Hill, Alanian Etymology Notes Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine
- ↑ "Йоахим Херрманн,Unesco, Эрик Жüрчер, op. cit., s. 182". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-05.