Albaniya Iqtisadiyyati - Wikipedia
Albaniya iqtisadiyyatı — Albaniya Respublikasının iqtisadiyyatı.
Əsas gəlir mənbəyi
redaktəİqtisadiyyatı bazar iqtisadiyyatına keçid durumundadır və mühacirlərin öz qohumlarına göndərdiyi vəsaitin, həmçinin İtaliya və Yunanıstanın ildə 400–600 milyon dollarlıq maliyyə köməyi sayəsində inkişaf edir.[1]
Özəlləşdirilmə
redaktəİqtisadiyyatın dövlətsizləşdirilməsinə 1990-cı illərin ortalarında başlanmış; torpağın, ticarət və xidmət, nəqliyyat və tikinti sahələrinin özəlləşdirilməsi 2000-ci illərin əvvəlində sona yetirilmiş; iri sənaye obyektlərinin, bank sisteminin özəlləşdirilməsi 2003-cü ildən sonra aparılmışdır.[1]
Əsas istiqamətləri
redaktəSənaye
redaktəÖlkənin sənaye istehsalının strukturunda hasilat və xammal emalı sahələri başlıca yerləri tutur. Əsas mineral ehtiyatları neft, qaz, xrom filizidir. Burada həmçinin mis, nikel, dəmir filizi, liqnit, təbii bitum hasil edilir. Mineral xammal hasilatı, xrom filizi istisna olmaqla, 1990-cı illərdə kəskin şəkildə azalmışdır.[1]
Elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alınır. 2002-ci ildə ölkədə 5,3 milyard kVt-s elektrik enerjisi istehsal olunmuşdur.[1]
Emaledici sənaye 1960-1980-ci illərdən inkişaf etmişdir.[1]
Neft emalı, neft məhsulları istehsalı, neft-kimya və kimya, əlvan və qara metallurgiya, metal emalı və maşınqayırma, sement, ağac emalı, mebel, toxuculuq, tütün, yeyinti – zeytun yağı, şəkər, balıq, meyvə konservləri və s. istehsalı müəssisələri fəaliyyət göstərir.[1] 1997-ci ildə ildə 360 min ton neft məhsulları istehsal olunmuşdur.[1]
Kənd təsərrüfatı
redaktəKənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahəsidir.[1] 2003-cü ildə kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur.[1]
Meşəçilik
redaktəAğac tədarükü yalnız daxili tələbatı ödəyir.[1]
Turizm
redaktə1990-cı illərdən beynəlxalq turizm inkişaf etməyə başlamışdır. 2003-cü ildə xidmətlərlə birlikdə beynəlxalq turizmin Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur.[1]
Əsas turizm mərkəzləri ölkənin cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır.[2]
ÜDM
redaktəÜmumi Daxili Məhsulun həcmi 12 milyard dollar təşkil edir. ÜDM-in 70%-i xüsusi sektora məxsusdur.[1]
Əhalinin vəziyyəti
redaktəAvropanın ən kasıb ölkələrindən biri olan Albaniyada ölkə əhalisinin 30%-i yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır.[1]
Xarici iqtisadi əlaqələr
redaktə2002-ci ildə mal idxalı 1,5 milyard dollar, ixracı isə 340 milyon dollar olmuşdur.[2]
Albaniyaya əsasən ərzaq, geniş tələbat malları, maşın və dəzgahlar, işlənmiş avtomobillər, gübrələr və s. gətirilir. Xrom filizi, mis, nikel, bitum, tütün, çaxır ixrac edilir. Əsas ticarət partnyorları İtaliya, Yunanıstan, Türkiyə və Almaniyadır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 297. ISBN 978-9952-441-02-4.
- ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 298. ISBN 978-9952-441-02-4.
Xarici keçidlər
redaktə- Bank of Albania (official site)
- Albania Economy Data Arxivləşdirilib 2015-04-10 at Archive.today from Quandl
- Ministry of Finance of Albania Official Website Arxivləşdirilib 2012-08-28 at the Wayback Machine
- Comprehensive Balkanalysis.com 2012 report on Albania oil sector foreign investment
- Ministry of Economy, Trade, Energy, and Tourism of Albania Official Website Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
- Comprehensive current and historical economic data Arxivləşdirilib 2013-07-10 at the Wayback Machine
- World Bank Trade Summary Statistics Albania 2012